Əxlaq böhranlarının kökündə nə durur?
Mьəllif: admin1
Tarix: 20-10-2022, 11:36
Əxlaq böhranlarının kökündə nə durur?
Əxlaqi fəsadlar hələ qədim zamanlardan indiyə qədər mövcud olmaqdadır. Tarix boyu çox sayda insanlar ona düçar olmuşdular.

Ancaq əxlaqi böhran daha şiddətli bir bəladır. Bəs bu böhranların əsil səbəbləri nə olmuşdur?

1. Maddi baxışların hakim olması. Qərb ölkələrində əxlaqi böhranların əsil səbəbi ona qayıdır ki, bu ölkələrdə uzun zaman maddi baxış və etiqadlar hakim olmuşdur. Darvin nəzəriyyəsi Qərb əqidəsinin əsasını təşkil etmişdir. Bu nəzəriyyəyə əsasən, insan maddi dəyişikliklərin məhsuludur. Onu yaradan təbiət olmuşdur, Allah deyil.

Yəni, insan – təkamül etmiş qədim heyvan növlərindən biridir. Ona görə də Qərb ölkələrinin cəmiyyətləri insani dəyərləri kənara qoyub heyvani istəklərə üz tutdular. Onlar səma kitablarını inkar edib, yaradılışın hikmətini inkar etdilər.

2. Cinsi “azadlıq”. Qərb ölkələrində əxlaqi böhrana səbəb olan amillərdən biri də cinsi azadlıqdır. Bu amilin özü də Darvin nəzəriyyəsindən mənbə alır. İnsan maddi bir varlıq olduğu üçün həm əxlaqi və həm də cinsi cəhətdən azad buraxılır. Nəticədə ailələr dağılır və ailə qurmaq istəyi cəmiyyətdə azalır.

3. Əxlaqi və dini dəyərləri görməməzliyə vurmaq. Bu mövzu da əxlaqi böhrana səbəb olan amillərdəndir. Qərb ölkələri katolik dini tərəfindən çox sayda əzab və əziyyət gördüyü üçün ona qarşı nəzəri mənfidir.

Həqiqi dini tanıdanların sayı çox az olduğu üçün və dindən insanları əldə saxlayan bir silah kimi istifadə edildiyi üçün, din onların nəzərində dəyərsizdir. Bu səbəbdən də həqiqi dinin söylədiyi əxlaqi meyarlar da onlar üçün əhəmiyyətsizdir.

Əxlaqi böhranlar, öz ardınca dağıdıcı bəlalar gətirər. Ona görə də hər bir müsəlmanın vəzifəsidir ki, cəmiyyətdə olan əxlaqsızlıqlara göz yummasın və onlarla mübarizə aparsın.

Öz imanını gücləndirərək və mənəviyyatını artıraraq bu bəla ilə qarşı-qarşıya gələ bilsin. Əgər bu sahədə məsuliyyət hiss etməsək, sonumuz acınacaqlı olacaqdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031