Əxlaqı dirçəldək və qoruyaq
Mьəllif: admin1
Tarix: 9-07-2020, 22:54
Əxlaqı dirçəldək və qoruyaq
“İslam gözəl əxlaqdır”, “Gözəl əxlaq dinin yarısıdır”, “Gözəl əxlaq möminin kitabının sərlövhəsidir” kimi hədislər əxlaqın bir müsəlman üçün nə qədər zəruri amil olduğunu əks etdirir.

Bir hədis islamı gözəl əxlaqdan ibarət olduğunu deyirsə digəri onu dinin yarısı bilir. Qiyamətdə isə bu əxlaq möminin əməl dəftərinin ən başında duran əməl olacaq.

Əxlaqın o qədər səməri var ki hətta, ibadəti zəif olan insanları belə qurtuluşa apara bilər. Sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur:

"Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar". (Məhcətul-beyza, c.5, səh.93)

Elə isə bu əxlaqı necə qoruyub saxlayaq və onu süqut etməkdən necə qoruyaq?

Kəşful-ğimmə əsərində (cild-2, səh-349) gələn hədisdə İmam Cavad (ə) bu sualı cavablandırır.

İmam Cavad (ə) buyurur: “Əxlaqın fəsada uğraması səfeh insanlarla otur-dur etmək və onun islah olması ağıllı və müdrik insanlarla rəqabətə girməklə (otur-dur etmək) baş tutar”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930