Kərbəla zəvvarlarının təhlükəsizliyini “Həşd Şabi” qoruyacaq
Mьəllif: admin1
Tarix: 23-10-2018, 16:23
Kərbəla zəvvarlarının təhlükəsizliyini “Həşd Şabi” qoruyacaq









İraqın “Həşd Şabi” hərəkatının Nəcəf ofisinin rəsmisi Qasim Xəqani Ərbəin zəvvarlarının təhlükəsizliyi barədə açıqlama verib.

“İraq polisi ilə razılaşma əldə etdik. Zəvvarların təhlükəsizliyini qorumaq üçün patrul xidmətləri həyata keçirəcəyik”, - deyə Qasim Xəqani diqqətə çatdırıb.

Qasim Xəqani diqqətə çatdırıb ki, patrul xidmətləri avtomobilləri də zəvvarların istifadə edəcəyi yollara yerləşdiriləcək.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyondan çox insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir./eastnews.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031