Ərbəin zəvvarlarının sayı rekord hədda artıb
Mьəllif: admin1
Tarix: 10-11-2017, 11:19
Bцlmə: Xəbərlər
Ərbəin zəvvarlarının sayı rekord hədda artıb
Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin üçün Kərbəlaya gələn zəvvarların sayı 27 milyona çatıb.

Deyerler.org-un müqəddəs İmam Hüseyn (ə) hərəminin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hələ yekun statistika açıqlanmasa da, bu il Ərbəin zəvvarlarının sayı xeyli artıb. Hərəm rəhbərliyi yekun rəqəmlərin sabah Cümə namazından sonra açıqlanacağını bildirib. Belə ki, hələ də piyada yürüşlə Kərbəlaya gələn zəvvarların yolda olduğu bildirilir.

Bu ana qədər artıq 27 milyon zəvvar Kərbəlaya daxil olub. Onların 3 milyondan çox İrandan, böyük hissəsi İraqın müxtəlif əyalətlərindən, habelə Yaxın Şərq ölkələrindən, Pakistan, Hindistan, Azərbaycan, Türkiyə, Rusiya, Avropa və Amerika ölkələrindən gəlib.

Zəvvarların sayının çoxluğu ilə əlaqədar təhlükəsizlik qüvvələrinin sayı 50 minə qədər artırılıb. Bu ana qədər Kərbəla şəhərində təhlükəsizliklə bağlı heç bir insident baş verməyib. Yalnız Kərbəlaya gələn Ərbəin zəvvarlarına qarşı Vasit əyalətində quraşdırılmış mina zərərsizləşdirilib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930