Şeytandan Allaha sığınmaq (istiazə)
Mьəllif: admin1
Tarix: 8-10-2022, 10:32
Şeytandan Allaha sığınmaq (istiazə)
فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

"Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!" (Nəhl, 97).

İzah: Quran oxumaq Allahla ünsiyyətdir. Məlumdur ki, Allahla ünsiyyətdə olmaq və dərin Quran ayələrinə qulaq vermək üçün ruhun təmizliyinə və nəfsani aludəliklərdən uzaq olmağa ehtiyac var.

Digər tərəfdən əxlaqi qəbahətlərdən uzaq olmaq və Quran mənəviyyatını qəbul etməyə hazır olmaq üçün Allahın lütf və mərhəmətinə ehtiyac var.

Buna görə də yaxşı olar ki, qiraətçi tilavətin başlanğıcından sonuna qədər Allaha sığınsın və bununla da nəfsin vəsvəsə hədəfindən,

İblisin gizli və aşkar hiylələrindən amanda qalsın. Ucb, qürur, təkəbbür və qəflət insana Allahı və layiqli Quran tilavətini unutduran ən mühüm amillərdir.

Hədis: İmam Sadiq (ə): “Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın və itaət qapılarını Allahın adı ilə açın.” (Dəəvat, Ravəndi, səh. 52, hədis: 130).
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031