Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar
Mьəllif: admin1
Tarix: 30-08-2022, 12:04
Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar
Biz cəmiyyətlə ünsiyyətin, qohumlarla ünsiyyətin həyatda zəruri olduğunu bilirik.

Hətta Əhli-beytdən (ə) gələn hədislərdə bu işin nə qədər əhəmiyyyətli və tərk olunmaz olduğunu oxumuşuq. Bəs nə vaxt bu ünsiyyətdən uzaqlaşmalıyıq?

İmam Əli (ə) buyurub: “Haqdan başqa heç nə ilə ünsiyyətdə olub isinişmə və batildən başqa heç nədən üz döndərmə”[1]

İmam Sadiq (ə) buyurub: “Üç şey ünsiyyət və həmdəmlik amilidir: ailəsi ilə yola gedən arvad, saleh övlad və səmimi dost.”[2]

İmam Rza (ə) buyurub: “Çox ünsiyyətdə olmaq heybət və əzəməti aradan aparar.”[3]

Allahla ünsiyyətdə olmaq

Allahın Peyğəmbəri (s) buyurub: “Kim günah xarlığından itaət başucalığı ilə çıxsa, Allah yoldaş və həmdəmsiz onun həmdəmi olar və mal və sərvətsiz ona kömək edər.”[4]

İmam Əli (ə) buyurub: “Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar.”[5]

İmam Sadiq (ə) buyurub: “Allah hər bir möminin imanını onun həmdəm və qəlb rahatlığı (amili) edər.Belə ki, əgər dağın zirvəsində olsa, təklik hiss etməsin.”[6]

İmam Əskəri (ə) buyurub: “Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz.”[7]


[1] Ğurərul-Hikəm, hədis 10303

[2] Biharul-Ənvar, c.78, səh.231, hədis 25

[3] Ə’lamud-Din, səh.307

[4] Biharul-Ənvar, c.75, səh.359, hədis 74

[5] Ğurərul-Hikəm, hədis 8644

[6] Biharul-Ənvar, c.70, səh.111, hədis 14

[7] əd-Dürrə əl-Bahirə, səh. 43



(www.ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930