Küncə çəkilməli olanlar və olmayanlar
Mьəllif: admin1
Tarix: 2-07-2021, 23:14
Küncə çəkilməli olanlar və olmayanlar
Allah-taalanın Musaya pıçıltı ilə buyurduqlarından biri bu idi: “Paltarın köhnə, qəlbin yeni olsun ki, yer üzünün əhalisi arasında az tanınmış, səma əhli arasında məşhur olasan.” [1]
Həzrət Rəsulullah (s) buyurub: “Küncə çəkilmək ibadətdir.” [2]

Həzrət imam Əli (ə) buyurub:

“Tənhalıq ibadət əhlinin asayişdir.” [3]

“Camaatdan ayrılan, pak Allahın həmdəmi olar.”[4]

“Hər kim camaatdan kənara durdusa, zərərlərindən amanda qalar.”[5]

Guşənişinliyə səbəb olanlar

İmam Sadiqdən (ə) guşənişinliyin səbəbləri barədə soruşdular. O Həzrət buyurdu: “Zəmanə korlanmış və qardaşlar dəyişmişlər. Buna görə də qəlb rahatlığını tənhalıqda tapdım.” [6]

İmam Əskəri (ə) buyurub: “Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.”[7]

Küncə çəkilməməli olan kimsələr.

Həzrət Rəsulullah (s) buyurub: “Camaatla ünsiyyətdə olub onların əziyyətlərinə səbr edən mömin, camaatla ünsiyyətdə olmayıb, onların əziyyətlərinə dözməyən mömindən daha üstündür.” [8]

Həzrət Rəsuli-Əkrəm (s) İbadət üçün dağa getmək istəyən kişiyə xitabən buyurdu: “Sizlərdən biri, İslam dünyasının hansı bir nöqtəsindəsə, onun üçün çətin olana dözsə, bu onun qırx il təklikdə və xəlvətdə ibadətlə məşğul olmasından daha yaxşıdır.” [9]




www.ahliman.info

[1] əl-Kafi, c.8, səh.42, hədis 8.

[2] Əlamuddin, səh.341

[3] Ğurərul-Hikəm, hədis 661

[4] Ğurərul-Hikəm, hədis 8644

[5] Ğurərul-Hikəm, hədis 8151

[6] Biharul-Ənvar, c.47, səh.60, hədis 116

[7] Biharul-Ənvar, c.70, səh.111, hədis 14

[8] Kənzul-Ummal, səh.686

[9] -d-Durrul-Mənsur, c.1, səh.161
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031