Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz
Mьəllif: admin1
Tarix: 20-07-2019, 12:01
Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz
İmam Sadiq (ə) buyurub: “Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd xisləti özündə birləşdirən azadəlik.”[1]

İmam Əli (ə) buyurub: “Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz. Bütün insanlar azaddır.“[2]

İmam Əli (ə) buyurub: “Başqalarına qul olma, Allah-taala səni azad yaradıb.”[3]

İmam Sadiq (ə) buyurub: “Azadə hər bir halda azadədir. Ona bəla və çətinlik üz verən zaman səbr edər. Əgər başına müsibətlər yağsa da, əsirliyə düşsə də, məğlub olsa da, rahatlığını əldən verib çətinliyə, yoxsulluğa düçar olsa da bütün bunların heç biri onu sındırmaz. Əmin Siddiq Yusif kimi! (Allahın salamı ona olsun). Onu qul da etdilər, məğlub da oldu, əsir də götürüldü, amma bunların heç biri onun azadəliyinə xələl yetirmədi.”[4]

Həzrət Əli (ə) azad insanın xasiyyəti barədə buyurmuşdur:

“Gülərüzlülük azədə insanın xislətidir.”[5]

“Həya və iffət imanın xislətlərindəndir. Bunun ikisi də azadələrin təbiəti və yaxşı insanların xasiyyətidir.”[6]

“Qane olan qul azaddır, tamahkar azad isə qul.”[7]


[1] əl-Xisal, səh.284

[2] Nəhcüs-Suadə, c.1, səh.198

[3] Nəhcül-Bəlağə, məktub 31

[4] əl-Kafi, c.2, səh.89, hədis6

[5] Ğurərul-Hikəm, hədis 467

[6] Ğurərul-Hikəm, hədis 3605

[7] Ğurərul-Hikəm, hədis 413




(ahliman.info)
________________
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930