Şeytani fikirlərdən necə uzaq olaq?
Mьəllif: admin1
Tarix: 31-03-2021, 10:36
Şeytani fikirlərdən necə uzaq olaq?

Şeytan (lən) insanın ən qatı düşməni olaraq, ona vəsvəsə edər və yolundan azdırmağa çalışar. Amma insan istəsə, bu düşməni ram edə bilər.

İslam Peyğəmbəri (s) buyurur: “Mənim şeytanım mənim əlimlə mömin və ram olub”.

Hər kim şeytana qalib gəlmək istəyir, gərək Allaha pənah aparsın. “Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha pənah apar. Çünki (hər şeyi) eşidən və bilən Odur”. (“Fussilət” 36).

Şeytani fikir və vəsvəsələrindən bəzi çıxış yollarına nəzər salaq:

1. Hikmət. Nalayiq fikirlərdən uzaq olmağın yolu – ağıldan və hikmətdən istifadə etməkdir. İmam Əli (ə) buyurur: “Həqiqətən ürəklər üçün pis düşüncələr və xahişlər olarsa, ağıl onlara mane olar”.

Ağıl – xeyirxah işlərin gözətçisidir. O kəs ki, ağılı öz yolgöstərəni qərar verər, ani ləzzətləri daimi ləzzətlərdən üstün bilməz. Ağılı nurani etmək lazımdır. Bu da yaxşı əməllərlə, Allaha təvəkkül etməklə və Məsum İmamlara (ə) təvəssül edərək mümkün olar.

İmam Əli (ə) buyurur: “Biz Əhli-Beyti (ə) zikr etmək – ruhi və cismi xəstəliklərin şəfasına səbəb olar”.

2. Allahı yada salmaq. Quran buyurur: “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201).

İmam Sadiq (ə) bu ayə haqqında buyurur: “Günahın vəsvəsəsi bəndənin sorağına gələndə, o, Allahı yada salar və inkar edib yerinə yetirməz”.

3. Pis xəyal qurmaqdan uzaq olmaq. İmam Əli (ə) buyurur: “O kəs ki, günah ətrafında çox düşünər, nəhayət ona tərəf çəkilər”.

4. Boş vaxtları doldurmaq. Günah fikirlərin meydana gəlməsinə şərait yaradan amillərdən biri – boş vaxtlarının çox olmasıdır. Əgər onu doldurmasanız, sizi yanlış fikirlərə tərəf çəkər.

Həzrət Peyğəmbər (s) buyurur: “İki sifət bir çox insan üçün fitnə mənbəyidir: bədən sağlamlığı və işsizlik”.

5. Hissləri kontrol etmək. Quran buyurur: “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36).

Fikri kontrol etməyin ən yaxşı yolu zahiri hisləri kontrol etməkdir. İmam Sadiq (ə) buyurur: “Hər bir möminin ürəyinin iki qulağı vardır: o qulaq ki, ora Xənnas vəsvəsə üfürər, o qulaq ki, mələk ora üfürər. Allah mömini mələk vasitəsilə inkişaf etdirər”.

6. Yaxşı adətləri pislərinin yerinə qoymaq. “Yaxşılıqlar günahları aradan aparır”. (“Hud” 114).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031