Mövlana Cəlaləddin Rumi məsum deyildi, amma ürfanın zirvəsində idi
Mьəllif: admin1
Tarix: 10-10-2018, 09:57
Mövlana Cəlaləddin Rumi məsum deyildi, amma ürfanın zirvəsində idi
Ürfanı tanımadan Mövlana haqqında nəzər vermək olmaz. O insanlar ki, Mövlananı tənqid edirlər, onlar Mövlananın fikir və nəzərlərini düzgün tanımırlar.

Mövlananı yaxşı tanımaq üçün bu sahədə mütəxəssis olan mərhum Əllamə Cəfərinin kürəkəni Doktor Səduqiyə müraciət edirik. Bu alimin fəlsəfə və ürfan sahəsində çox sayda dəyərli kitabları vardır.

Alim deyir: “Mövlananı başa düşmək üçün ürfanı tanımaq lazımdır. Ürfan – həqiqət aləmini dərk etməkdir ki, bu insanlar dörd dəstəyə bölünür: məşayi, işraqi, filosof və arif.

Arif o kəsdir ki, həqiqətləri şühud yolu ilə dərk edər. Ancaq dini şərtlərə tabe olar. Əgər tabe olmazsa, onu arif adlandırmaq olmaz.

Ariflərin nəzərinə görə, ağıl iki yerə ayrılır: birləşən və ayrı olan ağıla. Birləşən ağıl odur ki, Allahla birləşər və həqiqəti dərk edər.

Ayrı olan ağıl – insanın özünün qurduğu ağıldır. Ona görə də ürfan, birləşən ağıldan ibarətdir. Mövlananı da bu səthdə tanımaq lazımdır.

Mövlananın yazdığı “Məsnəvi”ni “Quranın övladı” adlandırmaq olar. Belə ki, Hacı Molla Hadi Səbzvari deyir ki, “Məsnəvi” əslində Quranın təfsiridir. Mən özüm Cəfəri ağadan dəfələrlə eşitmişdim ki, buyururdu ki, Quranın üçdə biri olan 2 min ayə “Məsnəvi”də bəyan edilmişdir. Ona görə də Məsnəvini Quranın övladı adlandırmaq olar, çünki bu sahədə hərəkət edir.

Mövlana əslində bir anbar barıta bənzəyirdi. Sadəcə bir kibrit lazım idi ki, onu partlatsın.

Əgər “Məsnəvi”ni təhrif edirlərsə, bu, Mövlananın təqsiri deyildir. Əgər onun fikirlərini düzgün dəyərləndirmirlərsə, yolunu azırlarsa, bu, onun təqsiri deyildir.

Cəfəri ağa Mövlananı çox sevərdi. Bir gün nahar süfrəsində əyləşmişdik və alimin xanımı ondan soruşdu ki, niyə bu qədər Mövlanadan şeir deyirsən? Hətta xanımı belə, onun Mövlanaya olan məhəbbətini hiss etmişdi.

Biz demirik ki, Mövlana məsum olmuşdur, xeyr, əlbəttə ki, onun da səhvləri və xətaları olmuşdur. Amma məsum olduğunu heç vaxt iddia etməmişdir.

Ancaq ürfan elmi sahəsindəki elmi kamil idi. Bunu heç kəs inkar edə bilməz.

O, bir həkimə bənzəyir ki, özü maddiyyatçı olsa da, həkimlik məharəti ən üstün səviyyədədir”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930