Əl-Muraqibət kitabından bir yarpaq-Quranda tədəbbür
Mьəllif: admin1
Tarix: 13-01-2022, 12:01
Əl-Muraqibət kitabından bir yarpaq-Quranda tədəbbür

Onlar dünyanı ana öz övladını sevdiyi kimi sevirdilər...

Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi nəfsin tərbiyə və safaşmasını öyrədən dəyərli “Əl-Muraqibat” kitabının bir hissəsində ilahi yolun yolçularına Quran oxumağın ədəb və qaydaları, habelə Quranda tədəbbür və onun mənasında düşünməyin yollarını öyrədərək yazır:

Mütəal Allah buyurur: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəkləri qıfıllanmışdır?”

Quranda tədəbbür və təfəkkür etmək istəyən şəxs öz düşüncəsi miqdarında kəlamın mənasını, onu deyənin böyüklük və əzəmətini dərk etsin, qiraət zamanı oxuduğu kəlamlarda hüzuri-qəlb ilə düşünsün, kəlamın məqsədini anlasın, onun dərkinə və başa düşməsinə mane olan maneələri aradan qaldırsın.

Bununla da dərk və təfəkkürü dərinləşib, gözəl aləmlərə və yüksək məqamlara yetişsin. Qeyd olunan bəzi işlərə riayət etmək doğrudan da vacibdir, bəzilərinə riayət etmək vacib deyil, ancaq riayət edilməsi çox fəzilətli və faydalıdır.

Quranın mənasının başa düşülməsi

Allahın kəlamının mənasını başa düşmək dedikdə məqsəd budur ki, Quran oxuyan şəxs ümumi olaraq bilsin ki, Quranın zatı və həqiqəti vardır.

Bu həqiqət Allahın nurlarından biridir və aləmlərdə onun müxtəlif təzahürləri vardır. Hər təzahürün də (özünəməxsus) təsirləri vardır.

Axirət aləmlərində peyğəmbərlərin, mələklərin, Allahın saleh bəndələrinin surəti kimi bir surəti vardır. (Quran) Bu surətdə danışar, Allahın yanında şəfaət edər və onun şəfaəti qəbul olar. O, şəfaəti qəbul olunmuş şəfaətçi, təsdiq edilmiş doğruçudur. Həqiqətdə Allahın təcəllisinin bir cilvəsidir.

Quran barədə dediyimiz mətləblər hamısı Quranın öhdədarları və ondan ayrılmayan Əhli-beytin (ə) rəvayətləri əsasındadır. Quranda hər bir şey bəyan edilmişdir.

Baş vermiş və baş verəcək hər nə varsa ondadır. Quran bir nurdur ki, Allah onun vasitəsilə Öz razılığına tabe olacaq insanları salam və sağlamlıq yollarına istiqamətləndirər, Öz izni ilə onları zülmətdən çıxarıb, düzgün yola hidayət edər.

Hətta, Quranın həqiqəti bəzi aləmlərdə Peyğəmbərin (s) və onun məsum canişinlərinin həqiqəti ilə eynidir. Həzrət Əmir əl-mömin Əlinin (ə) kəlamı da bu mətləbi bəyan edir: “Mən danışan Quranam”.

Qısası, Quranın həqiqəti vardır və onun həqiqəti elədir ki, bu elmlər onun zatını tanıya bilməz. Necə ki, onun həqiqət və zatı haqqında Mütəal Allah buyurub: “Ona yalnız pak olanlar toxuna bilər!” Yəni onun həqiqətini yalnız günahlardan pak olanlar dərk edə bilər.

Quranın həqiqətini dərk etmək üçün onun əzəmətini tanımaq lazımdır, əzəmətini tanımaq üçün isə onu danışanın (Allahın) əzəmətini dərk etmək lazımdır.

Ona görə də hər kəs Qurana qarşı bu miqdarda mərifət əldə etsə, onu tilavət etdikdə hüzuri-qəlbə diqqət edəcək, onda tədəbbür edəcək, Quranın işarə, məqsəd və incəliklərinə varacaqdır.

Bu işdə sana gəlməz xeyir, saysız-hesabsız faydalar vardır. Çünki Quran məbdə və məad (başlanğıc və son), Allah, mələklər, kitablar, Qiyamət günü və hər bir şeyin həqiqət və mahiyyətini tanımaq üçün bir elmdir.

Əmir əl-möminindən (ə) rəvaət olunub ki, həzrət buyurdu: “Peyğəmbərin (ə) mənə açdığı sirləri insanlardan gizlətmirdim və yalnız Allahın Kitabını başa düşən bir kəsi tapmadıqda onu gizlədirdim”.

Quranda tədəbbür etməyə aid bir nümunə.

İndi isə yaxşı olar ki, Quranda necə tədəbbür və təfəkkür olunmasına aid bir nümunə qeyd edək ki, tədəbbür etmək istəyənlər üçün faydalı olsun:

Məsələn insan “Vaqiə” surəsində oxuduqda

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031