Kamil İnsan İfadəsinin Yaranma Tarixi
Mьəllif: admin1
Tarix: 2-05-2017, 22:22
Kamil İnsan İfadəsinin Yaranma Tarixi
Hicri-qəməri tarixinin yeddinci əsrinə kimi islam ədəbiyyatında "kamil insan” ifadəsi mövcud olmayıb. Amma bu termin bu gün Avropada da çox geniş işlədilir. 

Bu termin islam dünyasında ilk dəfə insan barəsində işlədilib. İnsan barəsində bu ifadəni ilk dəfə məşhur arif Mühyiddin Ərəbi işlədib. Mühyiddin Ərəbi islam irfanının atası hesab olunur. Belə ki, VII-ci əsrdən sonra bütün müsəlman xalqalrından olmuş ariflər, Mühyiddin məktəbinin şagirdləridir. Mövlana Cəlaləddin Rumi də Mühyiddin məktəbinin yetişdirmələrindən sayılır. 

O, bütün əzəmət və böyüklüyünə baxmayaraq, irfan baxımından Mühyiddinlə müqayisə oluna bilməz. Mühyiddin Ərəbi ərəb soyludur və Hatəm Tayinin nəslindən olub. O, vaxtı ilə müsəlman ölkəsi olmuş Andalos (indiki İspaniya) əhalisindən olub. Bu böyük arif bütün islam ölkələrinə səfərlər edib və sonda, Şamda vəfat edib. 

Onun qəbri Dəməşq şəhərindədir. Mühyiddinin Sədrəddin Konyəvi adlı şagirdi olub ki, ondan sonra ən böyük arif hesab edilir. İslam irfanının həddindən artıq elmi şəkil alması Mühyiddinin işləri və Sədrəddinin şərhlərinin məhsuludur. Türkiyənin Konya şəhərindən olan Sədrəddin Mühyiddinin oğulluğu sayılır. 

Belə ki, Mühyiddin Sədrəddinin həm ustadı, həm də anasının əri olub. Mövlana Cəlaləddin Rumi Sədrəddinin müasirlərindən olub. Sədrəddin məsciddə pişnamaz olan zaman Mövlana həmin məscidə gedərək namazda ona iqtida edirmiş. Mühyiddinin fikirləri Sədrəddin vasitəsi ilə Mövlanaya çatdırılıb. 

Onun irəli sürdüyü məsələlərdən biri "kamil insan” məsələsi olub. Əlbəttə o, bu məsələni irfan baxımından irəli sürüb. Başqaları da öz baxışları ilə "kamil insan” barəsində bir sıra sözlər deyiblər. Amma "kamil insan” ifadəsi ilə ilk dəfə bu məsələni irəli sürən şəxs, Mühyiddin Ərəbi olub.

İzzət Səmədov (Şəhid Mürtəza Mütəhhəri-nin Söhbətlərinə İstinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930