Həzrət Musaya (ə) edilmiş dörd vəsiyyət
Mьəllif: admin1
Tarix: 21-07-2019, 10:10
Həzrət Musaya (ə) edilmiş dörd vəsiyyət
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.

1. O zamana qədər ki, Allahın səni bağışladığını bilmirsənsə, insanların eybi ilə işin olmasın. Özünün bağışlanmağın üçün vasitə fikirləş.

2. O zamana qədər ki, xəzinələrimdə olan sərvətin bitdiyini bilmirsənsə, ruzi üçün qüssə yemə. Sənə yazılan sənə çatacaqdır.

3. O zamana qədər ki, Mənim hakimiyyətimin sona çatdığını bilmirsən, heç kimə ümid etmə.

4. Təhlükəli düşmən olan şeytanın ölüm xəbəri sənə çatmayıbsa, onun hiyləsindən amanda olma.

Həzrətə vəhy gəlir: "Məni sev, insanları da Mənim məhəbbətimlə bəzə".

Musa cavab verir: "Sən bilirsən ki, Səni hamıdan çox sevirəm. Ancaq bəndələrini məhəbbətə necə dəvət edim?".

Vəhy gəlir: "Onlara verdiyim nemətləri yadlarına sal ki, nemətlərin qədrini bilsinlər. Bu yolla Mənə əlaqə göstərərlər”.

(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930