SÜLH
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:32
SÜLH


Quran:
«Əgər sülhə meyl etsələr, sən də sülhə doğru get və Allaha təvəkkül et ki, Allah eşidən və biləndir.»

İmam Əli (ə): «İslama zəiflik gətirməyən halda, mən sülhü müharibədən daha faydalı bilirəm.»
3583. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Əgər düşmən səni sülhə çağırsa və Allahın razılığı bunda olsa, onu rədd etmə. Çünki sülh, qoşununun və sənin özünün qüssələrdən rahat, asudə olmağının və vətəninin əmin-amanlığının mənşəyidir. Amma sulhdən sonra düşmənindən çox ehtiyatlı və agah ol. Belə ki, bəzən düşmən qəflətən hücum etmək üçün özünü sənə yaxınlaşdırar. Beləliklə, ehtyiatlı və uzaqgörən ol, düşmənə arxayın və nikbin olma.»
İmam Həsənin (ə) sülhü
İmam Əli(ə): (ibn Mülcəmin qılınc zərbəsindən sonra öz alicənab oğlu Həsənə (ə) tövsiyəsindən): «Bil ki, Muaviyə mənə müxalif olduğu kimi sənin də əleyhinə çıxacaqdır. Beləliklə, əgər onunla sülhə və barışığa gəlsən, Bəni Zömrə və Bəni Əşcə qəbilələri ilə sülh bağlayan cəddin peyğəmbərin (s) yolunu getmiş olarsan. Düşməninlə müharibə etmək istəsən, (bil ki,) atanın tərəfdarlarında olan xeyir və vəfalılıq heç vaxt sənin tərəfdarlarında olmayacaq.»
İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti
Quran:
«Həqiqətən, möminlər bir-biri ilə qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ümid var ki, Allah sizə rəhm etsin.»
Barışıq xatirinə yalana icazə verilməsi
İmam Sadiq (ə): «Barışıq yaradan yalançı deyil.»
İmam Sadiq (ə): «Söz üç növdür: doğru, yalan və insanlar arasında sülh yaratmaq üçün deyilən söz.» İmama (ə) dedilər: «Sənə fəda olaq, insanlar arasında sülh yaratmaq nədir?» Buyurdu: «Bir nəfərin digəri barədə, həmin şəxsin qulağına çatarsa onun narahatçılığına səbəb ola biləcək sözlər dediyini eşitdikdə, sən o biri şəxsi görəndə «filankəsin, sənin yaxşılığın barədə …. dediyini eşitdim.» deyərsən.»
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930