Şairə mərsiyə yazmağa Əhli-Beyt (ə) kömək etdi
Mьəllif: admin1
Tarix: 1-08-2022, 12:33
Şairə mərsiyə yazmağa Əhli-Beyt (ə) kömək etdi
Möhtəşəm Kaşaninin bir oğlu var idi ki, dünyasını dəyişmişdi və alim onun haqqında şeir yazmışdı.

Bir gecə yuxuda Həzrət Peyğəmbəri (s) görür ki, ona buyurur: “Sən övladın üçün mərsiyə deyirsən, ancaq mənim övladım barəsində demirsən”.

Möhtəşəm nəql edir: Yuxudan ayıldım və bilmədim ki, Həzrətin (ə) mərsiyəsini necə başlayım. Sonrakı gecə Həzrət (s) yenə yuxuma gəldi və buyurdu: “Niyə oğlumun müsibəti haqqında mərsiyə demədin?”.

Dedim: “İndiyə qədər bu vadiyə qədəm basmamışam”.

Həzrət mənə buyurdu: “De: “Bu, nə həyəcandır ki, aləmin xəlqində baş verir?!””.

Yuxudan ayıldım və bu misranı başlanğıc qərar verdim. Sonra şeirin qalanını yazdım və nəhayət bu misraya gəlib çatdım: “Zulcəlalın özünün olmasına baxmayaraq kədərdən...”.

Bu misrada qaldım və nə yazacağımı bilmədim.

Gecə yuxuda Həzrət İmam Zaman ağanı (ə.f) gördüm ki, buyurdu: “Niyə öz mərsiyəni sona çatdırmırsan?”.

Dedim: “Son misrada qalmışam”.

Buyurdu: “De: “O, qəlbdədir və sıxıntısı olmayan qəlb yoxdur”.

Yuxudan ayıldım və bu misra ilə mərsiyəni sona çatdırdım”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930