Həzrət Zeynəbin (s.ə) kəramətlərindən biri
Mьəllif: admin1
Tarix: 29-11-2022, 11:21
Həzrət Zeynəbin (s.ə) kəramətlərindən biri
Mərhum Nuri, Seyyid Muhəmmədbaqir Sultanabadidən nəql edir ki, deyir: “Mənim sol gözümdə şiddətli ağrı meydana gəlmişdi. Hər nə qədər müalicə etdimsə, faydası olmadı.

Əksinə, ağrım daha da artırdı. Həkimlərin bəzisi deyirdi ki, müalicə ediləsi deyildir. Mən də hər gün keçən gündən daha çox ümidimi itirirdim.

Gözümün qarası tamamilə tutuldu və mən gecələri yata bilmirdim.

Bu günlərdə dostlarımdan biri məni ziyarət üçün gəlmişdi. O, Kərbəlaya getməyə hazırlaşırdı. Mən də qərara gəldim ki, onunla birlikdə Kərbəlaya gedim.

Kərbəlada göz ağrım daha da şiddətləndi və gözümdən çirk axmağa başladı. Gecə yuxuda gördüm ki, Həzrət Zeynəb (s.ə) çadrasının küncünü gözlərimə sürtdü.

Yuxudan ayıldım və gözlərimin yaxşılaşdığını hiss etdim. Dostlarım mənə inanmırdılar. Mən göz ağrısından çox aciz olmuşdum və öz-özümə dedim: “Ey kaş, gözümü aça bilərdim”. Gözümü açdım və hər şeyi görə bilirdim. Dostlarımı çağırdım və gəldilər. Gözümə baxdılar.

Soruşdular ki, hansı gözün ağrıyırdı, dedim ki, sol gözüm. Ancaq hər iki gözüm arasında fərq tapmadılar, çünki artıq şəfa tapmışdım”.


Allahım, bizləri Həzrət Zeynəbin (ə) şəfaətinə layiqli olanlardan qərar ver.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031