Dünyasını dəyişənin əlindən tutdum ki, ölümdən sonra baş verənləri danışsın...
Mьəllif: admin1
Tarix: 29-10-2017, 20:45
Dünyasını dəyişənin əlindən tutdum ki, ölümdən sonra baş verənləri danışsın...
Mərhum Ağa Seyyid Muhəmmədtəqi Gülüstan nəql edir ki, cavan olan zaman eyni yaşda olan bir neçə cavanla dostluq edirdi və hər gecə birinin evinə gedir və bir yerdə söhbətlər edirdilər.

“Onlardan birinin atası İmam Hüseynə (ə) xüsusi sevgi bəsləyirdi və Hüseynçi idi. İmamın (ə) adı çəkilən zaman özündən asılı olmayaraq ağlayırvə nalə çəkirdi. O gecə ki, onun oğlunun növbəsi gəlib çatmışdı, oğluna demişdi ki, mən razı deyiləm ki, bu evə yığışasınız. O zaman icazə verərəm ki, İmam Hüseynə (ə) rövzə deyən də gəlsin və Həzrəti (ə) zikr etsin. Ona görə də nə zaman o cavanın növbəsi gəlib çatırdı, məclisimiz rövzə və mərsiyə məclisi olurdu.

Bir müddət sonra həmin kişi dünyasını dəyişdi və ölümü bizləri çox narahat etdi. Bir gecə yuxuda onu gördüm və onun əlindən tutdum. Çünkieşitmişdim ki, hər kim ölən insanın barmağından tutar, hər nə soruşsa, cavab verəcəkdir.

Ona dedim: “Sənin əlini buraxmayacağam o zamana qədər ki, ölüm anından tutmuş indiyə qədər olanları mənə danışasan”.

Onun bədəni qorxudan titrəməyə başladı və dedi: “Soruşma, çünki deyiləsi deyildir”.

Onun danışmayacağını başa düşəndə, ona dedim: “Onda bu aləmdə dərk etdiyin şeyi mənə de ki, mən də başa düşüm”.

Dedi: “Sənə İmam Hüseyndən (ə) deyim ki, dünyada onu yada salırdıq, ancaq tanımırdıq. Bura gələn zaman onun məqamını, izzət və səltənətini müşahidə etdim. Bu, elədir ki, onu sənə başa sala bilmirəm. Gərək özün bu aləmə gələsən və onu görəsən””.

Allah Təala bizləri İmam Hüseynin (ə) məqamını dərk edənlərdən qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930