Necə olur ki, dünyaya əkiz gələn 2 qardaş bir gündə ölür, amma birinin 50, digərinin 150 yaşı olur?
Mьəllif: admin1
Tarix: 29-10-2017, 21:29
Necə olur ki, dünyaya əkiz gələn 2 qardaş bir gündə ölür, amma birinin 50, digərinin 150 yaşı olur?
İmam Sadiq (ə) buyurur: “Bir gün mən və atam Hişam ibni Əbdülməlikin bir neçə məmuru ilə saray məclisindən çıxıb, evə tərəf gedirdik. Yolda şəhər meydanına gəlib çatdıq ki, bir çox insan orada toplaşmışdı. Atam Hişamın məmurlarından soruşdu ki, onlar kimlərdirlər? Nə üçün bura toplaşıblar?

Məmurlardan biri dedi: “Bunlar yəhudi alimləridir. İldə bir dəfə bu yerdə toplaşırlar və sual-cavab məclisi qururlar. Onlar ki, cəmiyyətin ortasında əyləşiblər – hamısından daha böyük və daha alimdirlər”. (Tebyan/Deyerler)

Bu zaman atam üzünü bağladı və həmin cəmiyyətin içində əyləşdi. Mən də üzümü bağlayıb atamın yanında əyləşdim. Məmurlar da bizim ətrafımızda gördüyümüz işə baxırdılar. Bu zaman yəhudi alimi yerindən qalxdı və ətrafa bir nəzər saldı. Sonra atama xitab etdi: “Sən bizdənsən, yoxsa mərhum ümmətdən?”.

Atam dedi: “Mərhum ümmətdən”.

Soruşdu: “Alimlərdənsən, yoxsa cahillərdən?”.

Atam dedi: “Cahillərdən deyiləm”.

Yəhudi dedi: “Sualım vardır”.

Atam dedi: “Sualını de”.

Yəhudi dedi: “Bunun səbəbi nədir ki, behişt əhli yeyir və içir, ancaq tullantıları olmur?”.

Atam dedi: “Buna şahid və dəlil odur ki, nütfə ana bətnində olar və o şeyi ki, yeyər, bədəni cəzb edər, ancaq tullantı maddəsi xaric olmaz”.

Yəhudi dedi: “Məgər demədinmi ki, alim deyilsən?”.

Atam dedi: “Mən dedim ki, cahil deyiləm”.

Yəhudi alimi dedi: “O hansı saatdır ki, nə gecədən hesab olunur, nə də gündüzdən?”.

Atam dedi: “Fəcrlə günəş çıxması arasında olan saatdır”.

Yəhudi alim dedi: “Bir sualım var ki, onun cavabını verməyə qadir deyilsən. O da budur ki, hansı iki ekiz qardaş olublar ki, eyni vaxtda dünyaya gəliblər və eyni vaxtda ölüblər. Halbuki, onlardan biri 50 il və o birisi isə 150 il yaşamışdır”.

Atam dedi: “Bu iki ekiz qardaş – Əziz və Üzeyr adında olublar ki, bir gündə dünyaya gəliblər. Onların ömrü 25 yaş olan zaman Üzeyr uzunqulağa minir və İtakiya adlı kənddən keçir. Bütün ağaclar qurumuş və evlər xarab olmuş və əhalisi dəfn olunmuşdu. Deyir: “Allahım, onları necə dirildəcəksən?”.

Həmin anda Allah onun canını alır və uzunqulağı da ölür. Cəsədi 100 il həmin yerdə qalır və sonra dirilir. Uzunqulağı da dirilir. Evinə qayıdır, ancaq qardaşı Əziz onu tanımır. Qonaq kimi evinə aparır və qardaşının xatirəsini danışır və deyir ki, yüz il bundan qabaq evdən çıxıb və qayıtmayıbdır. Bu zaman Üzeyr ki, 25 yaşlı cavan idi özünü 125 yaşlı qardaşına tanıdır. Bir yerdə 25 il yaşayırlar və biri 50 yaşında və birisi isə 150 yaşında vəfat edir.

Yəhudi alimi çox qəzəblənir və narahat olur. Yerindən qalxır və deyir: “O zamana qədər ki, bu şəxs sizin aranızdadır, mən sizinlə danışmayacağam. Hişamın məmurları hadisəni Hişama xəbər verirlər və Hişam əmr edir ki, tez bir zamanda bizi Mədinəyə aparsınlar”.



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930