Ölüm mələyi hamının canını alar, Həzrət Peyğəmbərlə (s) İmam Əlidən (ə) başqa
Mьəllif: admin1
Tarix: 4-09-2018, 21:36
Ölüm mələyi hamının canını alar, Həzrət Peyğəmbərlə (s) İmam Əlidən (ə) başqa
Ustad Ənsarian əxlaq dərslərinin birində İslam Peyğəmbəri (s) ilə ölüm mələyinin söhbətinə işarə etmiş və demişdir: “Həzrət Peyğəmbər (s) buyurur: “Bir mələyə çatdım və Cəbrayildən (ə) soruşdum ki, bu kimdir?”.

Xüsusi simaya malik idi. Xüsusi duruşu var idi. Soruşdum ki, onunla söhbət etmək olarmı?

Cəbrayil (ə) buyurdu: “Bəli, siz azadsınız”.

İrəli getdim və salam verdim. Cavabımı Verdi. Dedim: “Sən kimsən?”.

Dedi: “Ölüm mələyiyəm”.

Dedim: “Ölüm anı mənim canımı necə alacaqsan? Can almağın keyfiyyətini mənə danış”.

Dedi: “Ya Rəsulallah! Aləmdə olan qadın və kişilərin canının alınması mənim əlimlədir. Ancaq Allah mənə sənin və Əlinin (ə) canını almağa icazə verməmişdir”.

Soruşdum: “Bəs mənlə Əli (ə) necə öləcəyik?”.

Dedi: “Allahın özü canınızı alacaqdır””.

İmam Sadiq (ə) möminin can verməsi barəsində buyurur: “O zaman ki, möminin vaxtı sona gəlib çatar, vəzifələndirilmiş mələklər behiştdən iki növ bitki gətirərlər ki, o, iyləsin.

Birinci bitkini iyləyən zaman dünyaya olan əlaqəsi: həyat yoldaşına, övladlarına, dükanına və pullarına olan əlaqəsi uçub gedər. Xüsusi daxili hüzur əldə edər.

İkinci bitkini iyləyən zaman ruh gülü bədənini ətri iyləmək kimi tərk edər.

Bu, rahatlıqdır, bu ləzzətdir”.


Bəli, ölüm mömin üçün Quranın da buyurduğu kimi səkərədir, yəni məstlikdir. Xüsusi İlahi və mələkuti məstlikdir.

Allah Təala bütün iman əhlinə behişt gülünü iyləməyi nəsib etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930