Ölüm mələyi olan Əzrayıl (ə) indiyə qədər heç kəsdən ruhunu qəbz etmək üçün icazə almamışdı – Həzrət Peyğəmbərdən (s) başqa...
Mьəllif: admin1
Tarix: 25-09-2022, 22:32
Ölüm mələyi olan Əzrayıl (ə) indiyə qədər heç kəsdən ruhunu qəbz etmək üçün icazə almamışdı – Həzrət Peyğəmbərdən (s) başqa...
Ölüm Mələyinin dilindən: “O zaman ki, qapı üzümə açıldı, gözləri batan günəş rəngində idi. Sənin üçün bir qərib idim ki, görüşmək şövqündə idim.

Mənim üçün kifayət idi ki, bu dünyanın qəriblərinə əta etdiyin mehribanlığı mənə də edəsən. Baxmayaraq ki, Peyğəmbərin (s) xəstəliyinə görə bu evə girmək icazəsini mənə vermədin və mən qapı arxasında qaldım.

Ey Fatimə! Gəlmişəm ki, evinin aydınlıq çırağını özümlə aparım. Ancaq ürəyim qəminin qaranlıq gecəsini görəndə razı olmadı. Ah o əziyyətdən ki, səndən sonra Əli (ə) üçün gələcəyəm.

Evə daxil olmaq üçün ikinci dəfə izn istəyəndə titrəyən əllərinlə qapını açdın. Sanki sənə qərib olan ölüm hissi sorağına gəlmişdi. Başa düşdüm ki, məni tanıdın və nə üçün gəldiyimi başa düşdün.

İstədim sənə deyim ki, baxışların belə ölümünü təxirə sala bilər. Təqdir olunanı bir-birinə vurar. Ancaq ürəyini Allahın istədiyinə tapşırmısan və gözünü məndən çəkmisən.

Evinə o qədər aram və sakit daxil oldum ki, sanki qapı bahar mehi üçün açılmışdı. Kaş ki, vəzifəm Allahın məhbubu ilə nazənin cismi arasında ayrılıq salmaq olmazdı.

Peyğəmbər (s) həyatda olan zaman Cəbrayil (ə) onun yanından qayıdanda qanadları behişt güllərindən də xoş ətirli olardı. Üzü cənnət çıl-çıraqlarından daha nurani olardı. Mən də hər dəfə arzu edirdim ki, Peyğəmbərin (s) gül vücudunu iyləyə bilim. Camalının nurunu görüm.

Bu fürsət indi hazır olmuşdur. İnan ki, bir ömürdür insanların ölüm mələyiyəm. Amma indiyə qədər heç bir müsibət bu qədər ürəyimi titrəməmişdi. Peyğəmbər (s) əvvəl səni (Fatiməni (s.ə)) qucaqladı və qulağına bir sirri nəcva etdi və sonra üzünü mənə çevirdi.

Peyğəmbərin (s) sənə dedikləri ilk gözlərində yaş yaratdı və sonra dodaqlarının qönçəsi açılan gül kimi güldü. Bilirəm ki, Peyğəmbər (s) can verən zaman bu qəribə gülüşün ağlamağa çevriləcəkdir.

Fatiməcan (s.ə)! Ölüm mələyi olan Əzrayil (ə) indiyə qədər heç kəsdən ruhunu qəbz etmək üçün icazə almamışdı.

Atan Peyğəmbərdən (s) başqa ki, Allahın sevimli xəlqidir. Ürəyin rahat olsun. Ölüm mehi atanın canını mehribanlıqla alacaqdır. Bu İlahi əmanəti incitməyəcəkdir.

Allah eləsin ki, atandan sonra sənin məzlumcasına can verməyinin zamanı hələ gəlib çatmasın, çünki atandan sonra gücüm qalmayıbdır.

Allah sənə bu müsibətə görə layiqli səbri inayət etsin”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031