Ölüm mələyinin iki nəfərə yazığı gəlib
Mьəllif: admin1
Tarix: 3-12-2017, 00:18
Ölüm mələyinin iki nəfərə yazığı gəlib

“Min illərdir ki, insanların canını almaq sənə tapşırılmışdır"

Bir gün ölüm mələyi Əzrayıl, Rəsuli-əkrəmin (s) ziyarətinə gəlmişdi. Həzrət ondan soruşdu: “Min illərdir ki, insanların canını almaq sənə tapşırılmışdır. Onların canını alanda indiyə kimi kiməsə yazığın gəlibmi?”

Əzrayıl dedi: Bu müddət ərzində iki nəfərə ürəyim yanıb. Biri budur ki, günlərin birində dənizdə tufan qalxdı və qorxunc dalğalar bir gəmiyə toxunaraq onu sındırdı. Gəminin bütün sərnişinləri dənizdə qərq oldular. Yalnız bir hamilə qadın sağ qaldı. O, gəminin sınmış bir taxta parçası üstünə çıxdı və dənizin təlatümlü dalğaları onu sahilə çıxardaraq bir adaya atdı. Bu arada o qadın bir oğlan uşağı dünyaya gətirdi. Mənə tapşırıq gəldi ki, o qadının canını alam. Onun canını alanda körpə uşağa yazığım gəldi.

İkincisi bu idi ki, Şəddad ibn Ad adlı bir şah öz zəmanəsinin peyğəmbəri olan həzrət Hudla (ə) düşmənlik edirdi. Şəddad özü üçün vəsf olunmuş cənnətə bənzər bir bağ düzəltmək istəyirdi. Onu düzəltmək üçün uzun illər boyu zəhmət çəkdi, bütün gücünü, sərvətini onu yaratmağa sərf etdi. Onun sütunlarının və içərisinin bəzək işlərinə tonlarla qızıl və cəvahirat işlətdi. Nəhayət bağ hazır oldu. Şəddad o bağı seyr etmək üçün getdi. Bağa çatanda atdan enmək üçün elə ayağı üzəngidən götürüb yerə qoymaq istədiyi anda Allahdan mənə əmr gəldi ki, onun canını alam. Bu vaxt o qarabəxtin ayağı üzəngiyə ilişdi və o hadisə nəticəsində öldü. Burada mənim ona yazığım gəldi. Çünki, o yazıq bütün ömrünü cənnət bağı düzəltməyə sərf etdi, ancaq gözü onu görmədən ölümə düçar oldu.

Bu vaxt Cəbrayıl, Peyğəmbərə (s) nazil olub dedi: Ey Məhəmməd! Allah sənə salam yetirir və buyurur: “And olsun izzət və cəlalıma! O uşaq, (Hudla (ə) düşmənlik edən) həmin zalım padşah Şəddad idi. Ona dənizdən Öz lütfümüz ilə nicat verdik, anasız böyütdük, şahlığa çatdırdıq, ancaq o, nemətlərə küfr etdi, təkəbbür göstərdi, bizimlə düşmənliyə qalxdı. Nəhayət, Bizim ağır əzabımız onu tutdu.
Hamı bilsin ki, Allah kafirlərə möhlət verir, ancaq onları özbaşına buraxmır”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930