İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi
Mьəllif: admin1
Tarix: 15-07-2022, 10:17
İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi
Şeyx Ərbəli nəql edir: “Bir gün İmam Hadi (ə) bir iş üçün Samirradan kəndlərin birinə gedir. Bir ərəb gəlir və İmamı (ə) görmək istədiyini bildirir, ancaq ona kəndə getdiyini söyləyirlər. O, da İmamı (ə) tapmaq üçün həmin kəndə gedir və İmamla (ə) görüşür.

İmam (ə) soruşur: “Nə hacətin vardır?”.

Deyir: “Mən cəddin Əmirəl-möminin (ə) vilayətinin davamçılarındanam ki, böyük bir borca girmişəm. Səndən savayı heç kəs onu ödəyə bilməz”.

İmam (ə) buyurur: “Xoş ol və şad ol”.

Ərəb İmamın (ə) yanında qalır və səhər olan kimi Həzrət (ə) ona buyurur: “Mənim də sənə bir hacətim vardır ki, onun əksini yerinə yetirmə”.

Ərəb deyir: “Müxalif deyiləm”.

İmam (ə) bir məktub yazır və orada yazır ki, bir ərəbə borcu vardır və miqdarını ərəbin borcundan daha çox yazır.

Buyurur: “Bu məktubu al və mən Samirraya gələn zaman mənim yanıma o zaman gəl ki, çoxlu cəmiyyət olsun. Bu borcu məndən tələb et və mənə qarşı kobudluq et. Səni Allaha and verirəm ki, bunun əksini etməyəsən”.

Ərəb deyir: “Belə edəcəyəm və gedir”.

Həzrət (ə) Samirraya geri qayıdır. Həzrətin (ə) yanına çoxlu insanlar gəlirlər ki, içərisində xəlifənin adamları da var idi. Ərəb gəlir və məktubu çıxardıb borcunu tələb etməyə başlayır. İmamla (ə) ona əmr etdiyi kimi rəftar edir.

İmam (ə) da onunla mülayim dillə danışır və üzr istəyir. Vədə verir ki, yerinə yetirəcəyəm və səni sevindirəcəyəm. Bu xəbər xəlifəyə çatır.

Əmr edir ki, İmama (ə) 30 min dirhəm aparsınlar. O zaman ki, bu pulu İmamın (ə) yanına gətirirlər, həmin ərəb gəlir.

İmam (ə) buyurur: “Bu pulu götür və borcunu qaytar. Qalanını isə ailənə xərclə və bizi üzrlü bil!”.

Ərəb deyir: “Ya ibni Rəsulallah! Allaha and olsun ki, mənim arzu bu malın üçdə birindən də az idi”. Bu pulu alır və gedir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930