Daxilimizdəki riyanı necə tanıyaq?
Mьəllif: admin1
Tarix: 27-08-2018, 13:43
Daxilimizdəki riyanı necə tanıyaq?
İnsan bəzən öz ibadətində olan riyanı görmür və əsas etibarilə, etdikləri ibadətləri xalis hesab edər. Bundan əlavə, elə namazqılanlar və ibadət edənlər vardır ki, öz ibadətləri ilə əslində digər insanların gözünü boyamaqdan başqa məqsədləri yoxdur.

Bəs nə edək ki, ibadətlərimizin keyfiyyətini müəyyən edə bilək?

Riyanı ixlasdan ayırmaq üçün Məsumlarımız (ə) bizə bəzi tövsiyələr vermişlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Riyakarın dörd nişanəsi vardır:

1. Başqalarının yanında özünü itaətə həris kimi göstərər.

2. Tək olan zaman süstlük və tənbəllik edər.

3. Hər işində təriflənmək istəyər.

4. Zahirdə özünü insanların nəzərində yaxşı nişan verməyə səy göstərər”.

Əmirəl-möminin (ə) buyurur: “Riyakarın dörd nişanəsi vardır:

1. Tək olan zaman halsızdır.

2. İnsanların arasında fəaldır.

3. Əgər hansısa işini tərifləsələr, onu daha çox yerinə yetirər.

4. Əgər tərifləməsələr, az yerinə yetirəcəkdir”.



Deyerler.Org
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031