Allahın evi haradadır?
Mьəllif: admin1
Tarix: 8-07-2022, 11:00
Allahın evi haradadır?
Hind əhlindən biri çox bəsirət əhli və uzaqgörən idi. Həcc mövsümü gələn zaman hacılar yola düşərdilər. Həmin hindli onlara deyir: “Ey qəlbi oğurlanmışlar! Nə işlə məşğulsunuz və hədəfiniz nədir ki, bu qədər sevinclə öz yüklərinizi yığırsınız?”.

Bir nəfər cavab verir: “Bu insanlar həcc səfərinə gedirlər”.

Hindli dedi: “Həcc nədir, məni başa sal?”.

Həmin kişi dedi: “Allahın bir yerdə evi vardır və hər kim orada bir nəfəs qədər sakin olarsa, Allahın cavidan əzabından amanda olar”.

O, bu sözləri eşidən zaman qəlbi həyəcana gəldi və Kəbəyə getmək arzusu ilə torpağa özünü atıb dedi: “Gecə və gündüz dayanmayacağam, o zamana qədər ki, həcci yerinə yetirəcəyəm”.

O da karvanla birlikdə Kəbəyə yollanır və Kəbə evini görən zaman deyir: “Bəs Allahın evi haradadır ki, onu heç yerdə görmürəm?”.

Hacılar dedilər: Ey pərişan insan! Ev – Onundur, ancaq O, heç bir zaman evdə sakin ola bilməz. Ağlı olan hər bir insan bundan agahdır”.

Hindli bu sözlərdən çox narahat və qəmgin oldu. Hesab edir ki, oxu hədəfə dəyməmişdir və məqsədinə çatmamışdır. Naləsi göyə qədər qalxır.

Özünü torpağa atıb, dedi: “Ey müsəlmanlar! Məni bu məkana nə üçün gətirmisiniz və məni avara etmisiniz? Allah olmayan evi mən nə edim ki?

O evdə ki, Allah olmaz, mənim üçün qəbiristandan da pisdir. Əgər mən bunu əvvəldən bilsəydim, bu qədər yolu gəlməzdim. Ya məni evimə geri qaytarın, ya da içində Allahın olduğu evi mənə nişan verin”.

Ona izah edirlər ki, əgər insan hər evdə Allahı görmək istəyirsə, gərək Onun varlığına iman bəsləsin, Onun hər zaman və hər yerdə var olduğuna etiqadı olsun.

İkincisi isə əgər bir insan həcci yerinə yetirər, ancaq Allahla rabitəsi olmazsa, onun üçün heç bir səmərə hasil olmaz.

Hindli bu mətləbləri dərk edir və hidayət olur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031