Kar, kor və lal olanların qəlb əhlindən fərqi
Mьəllif: admin1
Tarix: 1-06-2020, 19:08
Kar, kor və lal olanların qəlb əhlindən fərqi
Hər bir insanın Qurandan bəhrə aparması müxtəlif cür olur. O kəsin ki, dərki daha yaxşı və baxışları daha dərindir – şübhəsiz ki, Qurandan daha çox bəhrə aparacaqdır.

İnsanlar həqiqətlər qarşısında iki yerə bölünürlər: bir dəstə o insanlardır ki, heç bir zaman haqqı eşitmək istəmirlər. Baxmayaraq ki, zahirdə görən gözə və eşidən qulağa malikdirlər, ancaq nə eşidirlər və nə də görürlər. Quran bu insanlar haqqında buyurur: “Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. (“Bəqərə” 18).
\
Qurani-Kərim başqa yerdə bu insanlar haqqında belə buyurur: “Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar cəhənnəm odunun əhli zümrəsində olmazdıq». (“Mulk” 10).

O biri dəstə isə əksinə - Allahın onlara verdiyi nemətlərdən Onu tanımaq yolunda istifadə edər və həqiqi hədəflərini yaxşı tanıyırlar.

Birinci dəstəyə nə qədər haqq sözləri deyilərsə də, onlara təsir qoymaz. Başqa sözlə desək, o insan ki, yatıbdır onu oyatmaq olar, ancaq o kəs ki, özünü yuxuluğa vurubdur – onu oyatmaq mümkün deyildir. Ona görə də Quranın bu insanlar üçün heç bir faydası və xeyri olmaz.

Ancaq ikinci dəstə üçün Quran – hidayət və səadət yolunu göstərən səma kitabıdır. “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir”. (“Bəqərə” 2).

Əgər qəlb əhli olsaq və əgər can qulağımızla Qurana qulaq asa bilsək, o zaman həyatın tufanlı fırtınalarından qalib çıxar və İlahi yardımı hiss edərik. “Həqiqətən bu Qur’an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir”. (“İsra” 9).

Qurani-Kərim qəlbin təfəkkürü barədə buyurur: “Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. (“Həcc” 46).

Beləliklə, əgər insanın qəlbi görən və ayıqdırsa, o zaman həqiqətləri daha yaxşı dərk edər və qəbul edər. Ancaq kor, kar və lal insanlar hər nə qədər həqiqətlərin əhatəsində olsalar da, onu dərk etmək qabiliyyətinə malik deyildirlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930