Həccə getməyən, amma həcci qəbul olunan kişinin əhvalatı
Mьəllif: admin1
Tarix: 13-08-2018, 18:22
Həccə getməyən, amma həcci qəbul olunan kişinin əhvalatı
Abdullah Mübarək həccə ilk səfərində mərasimi yerinə yetirdikdən sonra rahat şəkildə yuxuya gedir. Yuxuda bir mələk onun yanına gəlir və Abdullah onu görən kimi soruşur: “Bu il həcc əməlini yerinə yetirmək üçün neçə nəfər gəlmişdir?”.

Deyir: “300 min nəfər”.

Soruşur: “Onların neçəsinin həcci qəbul olmuşdur?”.

Deyir: “Az hissəsinin”.

Abdullah bu cavabdan çox pərişan oldu və dedi: “Bu insanlar dünyanın müxtəlif yerlərindən həcci yerinə yetirmək üçün özlərini əziyyətə və çətinliyə salıblar. İndi isə çox az hissəsinin həcci qəbul olmuşdur?”.

Mələk deyir: “Bir kişi Dəməşqdə yaşayır və adı Əli ibni Müvəffəqdir. Baxmayaraq ki, həccə gəlməmişdir, ancaq həcci qəbul olmuşdur. Allah da həccə gələnlərin əməllərini ona xatir qəbul etmişdir”.

Abdullah yuxudan ayılan kimi niyyət edir ki, Dəməşqə getsin. Ora çatan kimi həmin Əlinin evinə gedir və gördüyü yuxusunu ona danışır.

Ona deyir: “Məni gördüyün işdən agah et!”.

O, deyir: “Mən adı-şanı olmayan yamaq vuranam. Uzun illər həccə getməyi arzu etmişəm. Nəhayət böyük əziyyətlə yol xərcimi toplaya bildim ki, 300 dirhəm edirdi.

Xanımım hamilə idi. Getməyimə bir neçə gün qalmış o, mənə dedi: “Bu gecə qonşunun evindən mənim burnuma dadlı yeməyin iyi dəymişdir. Onların evinə get və mənim üçün bir az gətir”.

Qonşunun evinə getdim və bişmiş o yeməkdən bir qədərini istədim.

Qonşu göz yaşı töküb dedi: “Bir neçə gün idi ki, uşaqlarım heç nə yemirdilər. Qüdrətləri olmadığından heç danışa da bilmirdilər. Bu gün bir xarabalıqdan bir murdar heyvan tapdım. Çarəsiz ondan yemək hazırladım. O, ət əgər bizə halaldırsa, sizə haramdır”.

Qəlbim qonşumun bu halına yandı və evimə qayıtdım. Yol üçün topladığım o 300 dirhəmi götürüb qonşuma verdim. Dedim ki, bu pulu övladların üçün xərclə”.

Abdullah deyir: “Bu zaman başa düşdüm ki, öz şəhərindən çıxmamış Əlinin həcci niyə qəbul olmuşdur. Hər kimin həcc səfəri üçün niyyəti xalis olar, Əlinin həcci kimi qəbul olar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031