Quran ən üstün kəlamdır
Mьəllif: admin1
Tarix: 19-08-2018, 21:22
Quran ən üstün kəlamdır
للَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا مَثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ اللَّهِ ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاءُ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ

"Allah Sözün ən gözəlini – (ayələri) bir-birinə bənzəyən və təkrarlanan kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər.

Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz."(Zumər, 23).

İzah: Qurani-kərim ən gözəl kəlamdır. Ayələri bir-birini təsdiq edir. Onda təzad və ziddiyyətdən heç bir əsər-əlamət yoxdur.

Bənzərsiz fəsahət və valehediciliyə malikdir. Əzab ayələri möminləri qorxuya salar, könül oxşayan savab ayələri isə onları Allahın lütfünə ümidvar edər.

Hədis: İslam peyğəmbəri (s): “Quranın digər sözlərdən üstün olması, Allahın Öz məxluqatından üstün olması kimidir.” (Camiul-əxbar, səh. 40).
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31