Quranda xurmanın dənəsi ətrafında gələn 3 gözəl misal
Mьəllif: admin1
Tarix: 31-10-2017, 10:09
Quranda xurmanın dənəsi ətrafında gələn 3 gözəl misal
Bəqərə surəsinin 26-cı ayəsində buyurulur ki Allah siz insanlar başa düşəsiz deyə ağcaqanadı da misal gətirir və lazım olsa ondan da sadəsini gətirər təki siz biz anlamadıq deməyəsiz. Ayə belədir:

“Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: 'Allah bu məsəllə nə demək istəyir?' -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir."

Quranda bu tip misallar çoxdur. Amma xurmanın dənəsi ətrafında olan qabıq, tel, və nöqtəcik haqda misalı çoxlarımız eşitməmişik. Bəlkə də çoxlarımız xurmanın dənəsi üzərində olan “Qitmir”i, “Fətil”i və “Nəqir”i elə qabığ kimi tərcümə edir və anlayırıq. Amma bu məsəllər qabığdan da daha incə əşyalara işarə edir.

Ayələr belədir;
1- Fatir-13;
يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۚ وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ مَا يَمْلِكُونَ مِنْ قِطْمِيرٍ
(Allah) gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı ram (öz əmrinə, sizin mənafeyinizə tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.

2- Nisa 35
وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا
Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!

3- Nisa-49
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنْفُسَهُمْ ۚ بَلِ اللَّهُ يُزَكِّي مَنْ يَشَاءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا
(Ya Rəsulum!) Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil). Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!

Qeyd etmək lazımdır ki, hətta tanınmış Quran tərcüməçiləri də belə səhvlərə yol verib, bu 3 kəlmənin tərcüməsində (“Qitmir”, “Fətil” və “Nəqir”) yanıla bilərlər. Ona görə bildiririk ki, “Qitmir” fotoda 3-cü hissədəki, “Fətil” ikinci hissədəki, “Nəqir” isə fotinun birinci hissəsində olandır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930