40-illik səhv yol və bircə kiçik əməlin bəhrəsi
![]() Zulnun deyir: “Ey kəndli! Bu qarın üzərinə niyə toxum səpirsən?”. Deyir: “Hər yeri qar basmışdır və hətta çöl toyuqlar belə gözə görünmürlər. Mən bu toxumları o quşlar üçün səpirəm ki, bəlkə Allah buna görə mənə rəhmət edər”. Zulnun deyir: “Sən Allahdan uzaq olduğun üçün bu əməlin qəbul olmayacaqdır”. Deyir: “Əgər qəbul etməsə də, Allah ki, bunu görür! Əgər görürsə, bu, elə mənə kifayətdir”. Gələn ili Zulnun həccə gedir və təvaf zaman gözü həmin zərdüştlüyə dəyir. Deyir: “Ey Zulnun! Niyə boş söz deyirdin? Deyirdin ki, Allah qəbul etməyəcəkdir. Ancaq O, həm gördü və həm də qəbul etdi. Məni öz evinə dəvət etdi”. Zulnun bu sözlərdən təəccüb edir və deyir: “Allahım! Belə ucuz hədiyyə edirsən Öz rəhmətini? Bu zərdüştlünün 40 illik məsuluyyətini boynundan götürmüsən, dostluğunu düşmənə verirsən?” Nida edən ona car çəkir: “Hər kim onu çağırar, haqlıdır. Əgər çağırarsa, səbəbi olmaz, əgər boyun qaçırdarsa da səbəbi olmaz”. (Həvzəh) Yəni, Allah onu çağıran və Onun yolunda edilən hər bir xalis əməli qəbul edər. /Deyerler.org/ Oxşar xəbərlər
|