Niyə “Ya Rəbb” demirsən?
Mьəllif: admin1
Tarix: 30-05-2020, 18:51
Niyə “Ya Rəbb” demirsən?
Muləvinin təmsilində oxuyuruq: “Bir nəfər əyləşib “Ya Rəbb” deyirdi.

Şeytan gəlir və ona deyir: “İndiyə kimi bu qədər “Ya Rəbb” demisən, nə faydasını görmüsən ki?”.

Kişinin qəlbi sınır və dua etməkdən əl çəkir, yatır. Yuxuda bir nəfər gəlir və ona deyir: “Niyə “Ya Rəbb” demirsən?”.

Kişi cavab verir: “Çünki cavabını eşitmirəm və qorxuram ki, Allah dərgahından qovulam”.

Həmin şəxs deyir: “Allah məni göndərmişdir ki, sənə deyim ki, sənin “Ya Rəbb” deməyin bizim cavabımız və “Ləbbeyk!” deməyimizdir”.

Yəni, əgər Allah bizim səsimizi dərgahında eşitməyini istəməsəydi, bizə icazə verməzdi ki, “Ya Rəbb” deyək”.

Belə isə, Allahı çağırmaqdan qafil olmayaq.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930