İmam Əli (ə) ilə qardaşı Əqil arasında baş verən hadisə - Muaviyyənin xar olması
![]() Əqil də Əbu-Talibin (ə) övladlarından biri, İmam Əlinin (ə) qardaşı idi. Bu iki qardaş arasında İmamın (ə) ədalətini və əzmini əks etdirən hadisələr tez-tez qeyd olunur. Bu da, Əqilin seçdiyi bir üsul idiki, bununla İmamın (ə) ədalət və fəzilətini tarixə və zehinlərə yazırdı! Bir tarixi hadisədə qeyd olunur: Bir gün Əqil İmamın (ə) yanına gəlir və xəzinədən maddi yardım istəyir. İmam (ə) isə ona səbr etməsini və hər kəsin payının bölüşəcəyi zamanı gözləməsini söyləyir. Əqil isə israr edərək xəzinədən mal istəyr. İmam (ə) yanında olan bir nəfərə üzünü tutaraq buyurur: Əqilin əlindən tut, onu bazara apar və de istədiyin dükanın qapısını qır və nə istəyirsən gir götür! Əqil təəccüblə deyir: İstəyirsən məni oğru kimi tanısınlar? İmam (ə): Bəs istəyirsən mən oğurluq edim? Müsəlmanlara məxsus xəzinədən mal götürüb sənə verim? Əqil: O zaman Müavuyyənin yanına gedəcəm! İmam (ə): Özün bilərsən! Əqil Müaviyyənin yanına gedir və ondan kömək istəyir. Müaviyya ona 1000 dirhəm verir və deyir: Ey Əqil, minbərə çıx və mənimlə Əlinin (ə) səninlə necə rəftar etdiyini danış. Əqil minbərə çıxaraq Müaviyyənin əqidəsini əks etdirən tarixi sözlərini deyir: Ey camaat, mən qardaşım Əlidən (ə) dinini istədim, mən yanından uzaqlaşdırdı. Muaviyyə isə məni dinindən üstün tutdu! Qeyd: Bu da Əbu-Talib övladı Əqilin özünə məxsus həqiqəti çatdıram üsulu idi. Oxşar xəbərlər
|