Dünyanı heyran edən nümunəvi Əli (ə) ədaləti
Mьəllif: admin1
Tarix: 7-05-2022, 10:27
Dünyanı heyran edən nümunəvi Əli (ə) ədaləti
Ədalət islam dininin ən mühüm, ən diqqət olunası movzusudur. Hətta bu mövzu o qədər önəmli məsələdir ki, dinin əsasları bəhsində tovhid və nübuvvətlə yanaşı gətirilib. Çünki ədalət mövzusu tohidin də, nübuvvətin də, demək olar ki bütün məsələlərin əsasını təşkil edir.

Qurani-Kərimdə Mütəal Allah özünü Adil adlandırmış, insanı da ədalətli olmağa çağırmışdır. Bütün badət və əməllərin əsas möhtəvası iki şeydən ayri deyildir - rəbbi tanımaq və insanların haqqını ödəməkdə ədalətli olmaq.

Ədalətdən bəhs ediləndə böyük şəxsiyyətlər arasında hər kəsin xatirinə heyran olduğu Həzrəti Əli (ə) gəlir. Əli (ə) ədaləti o qədər dəqiq, iti olub ki, üstündən üzun ilər keçməsinə baxmayaraq dostları, sevənləri fərəhlə ondan danışır, düşmənləri isə qisqanclıqla xatırlamağa belə qorxurlar. Həzrəti Əlinin (ə) cazibə və dafiəsinin əsası məhz onun ədalətidir.

Beytul-mal məsələsi və onun qorunması islamın əsas əhkamındandır ki, onu qorumaq hər bir müsəlmana vacibdir. Hərkəs bu məsələdə gərək diqqətli olsun.

Çünki müsəlmanların var olması, ayaqda durması, düşmən qarşısında müqavimət aparması, həmçinin zalqın ümumi rifahı bu məsələdən çox aslıdır. İstər vergilərin ödənməsində, istər xalqın malının qorunmasında hər bir kəs eyni şəkildə məsuldur.

Amma bu müqəddəs vəzifəyə məmur və səlahiyyətli səxslər daha çox diqqət etməliirlər. Çünki xalqın malı olan beytul mala xəyanət olarsa dövlətçiliyə, millətçiliyə, dinə, keçmişə, gələcəyə xəyanət deməkdir.

Beytul-mala ( büdcə) sonsuz dərəcədə diqqətli olan Əli (ə) nə yaxınları, nə bir başqası arasında zərrəcə fərq qoymur, hər kəsə haqqı qədərində məvacıb və xərc verirdi.

Hətta rəvayətdə var ki, Əli(ə)ın böyük qardaşı Əqil onun yanına gəlib pul istəyir. Əli (ə) dəfələrlə ona öz xərcindən ona pul verir. Lakin Əqil İmama xəlifəliyini xatırladır və beytul-maldan daha çox pay istəyir. Əqilin gözü kor olduğu üçün görmürdü.

Əli (ə) bir dəmir parcasın odda qızdırıb Əqilə uzadır. Əqil onu qizıl zənn edib sevincək alır, almağıylada əli yanır.

Onun fəryad etdiyini görən Əli (ə) deyir: Ey Əqil fəryad edib ağlayırsan! Dünya istiliyinin əziyyətindən nalə edirsən.

Məni görə-görə Cəbbar olah Allahın atəşinə atırsan? Sən bu istiliydən nalə edirsən, mən o atəşdən nalə etməyəcəm?


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930