Allahu-Əkbər kəlməsinin ən gözəl izahı İmam Sadiqin (ə) dilindən
Mьəllif: admin1
Tarix: 13-07-2022, 09:40
Allahu-Əkbər kəlməsinin ən gözəl izahı İmam Sadiqin (ə) dilindən
Mütəal Allah heç bir şəkildə vəsfə, izaha gəlməz. Dillər Onu vəsf etməkdə acizdir. Qurani Kərim Allah barəsində danışanlara, Onu izah etmək istəyənlərə buyurur:

لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ۖ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ

-Ona bənzər heç bir şey yoxdur. Yaxud heç nə Onun kimi deyildir. Yaxud Onun misli yoxdur ki, bənzədəsən.

Bütün bunlar qeyd olunan ayənin ən yaxın mənalarıdır. Yəni ümumi şəkildə ayə bəyan edir ki, insan nə qədər düşünüb, Allahı vəsf etsə düşündüyü kimi deyildir.

Həmçinin Mütəal Allahla bağlı deyilən digər kəlmələr də bu cürdür. Məsələn “Allahu Əkbər” kəlməsi.

Hədisdə nəql olunur ki, bir nəfər İmam Sadiqin (ə) yanında Allahu əkbər zikrini söyləyir. İmam (ə) bu əlmənin mənasını bildiyini soruşduqda kişi: Hər şeydən böyük, deyə cavab verir.

İmam (ə) buyurdu: “Hər bir şeydən” deməklə Ona hansısa müəyyən bir hədd təyin etdin!

Kişi dedi: O zaman necə deyim?

İmam (ə): De! Allah vəsf edilməkdən daha böyükdür. (Yəni vəsfin fövqindədir.)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930