Həzrət Əli (ə) Allahı heç kimin eşitmədiyi və deyə bilmədiyi tərzdə belə anlatdı
Mьəllif: admin1
Tarix: 8-02-2018, 21:56
Həzrət Əli (ə) Allahı heç kimin eşitmədiyi və deyə bilmədiyi tərzdə belə anlatdı
Dünyada mövcud olan bütün insanlar ümumilikdə bir neçə dünyagörüşündə cəmlənir:

1.Elmi dünyagörüş. - Yə’ni, insan təcrübi elmlərin əsasında varlıq aləmi barəsində ümumi bir nəzər əldə edir.

2. Fəlsəfi dünyagörüş - Bu da əqlin düşüncə və kəfəkkür vasitəsi ilə əldə etdilən nəzəriyyəyə əsaslanır.

3. Dini dünyagörüş - Bu, din rəhbərlərinə iman gətirmək, onların sözlərini qəbul etməklə hasil olur.

4. İrfani dünyagörüş - Bu baxış qəlbin və ruhun aynasında formalaşan bir dünyagörüşüdür.

Bütün baxış və dünyagörüşləri bu dörd növ baxışda cəmlənir.

Söhbətmizin mövzusu olan din dünyagörüşünün əsası Allaha etiqaddır. Yəni insanların bu növ dünyagörüşü Allaha olan inanc və etiqaddan qaynaqlanır. Təbii ki, düzgün dini baxışın formalaşması üçün insanın Allah barədə düzgün məlumatı olmalıdır. İnsan bu məlumatlar əsasında öz zehnində müəyyən fikir formalaşdırır. Bu o deməkdir ki, fikirin formalaşmağında məlumat əsasdır.

Din dünyagörüşünün formalaşmağında əsas mənbə Quran və hədislərdir. Təbii ki, bir də mütəxəssislərə müraciət.

İmam Əlinin (ə) “Nəhcul-bəlagə” adlı xütbələr toplusu kitabında belə buyurur:

“Ey insanlar Allahdan (hesabından) qorxun!

O Allah ki, dediklərinizi eşidən, gizli sirlərinizi biləndir!”

Özünüzü ölümə hazır edin! Çünki qaçsanız belə o sizi yaxalayacdır!”

Yaxud digər bir yerdə Allahı vəsf etməsini istəyən Zələb adlı birisinə belə buyurb:

“Vay olsun sənə ey Zələb! Mənim rəbbim yaxınlıq və ya uzaqlıqla vəs edilməz!

Gözlər Onu müşahidə edə bilməz, lakin qəlblər Onu iman həqiqəti ilə dərk edər!

Əşyalara yaxındır qarışmadan! Uzaqdır ayrılmadan!

Gəlmək, getmək, sükunət və hərəkətlə vəsf edilməz!

O əzəmətli və böyükdür! Amma əzəmətlə vəsfə gəlməz! Böyüklüyü vəsfə gəlməz!

Görəndir! Lakin hiss üzvüləri ilə vəsf edilməz!

Mehribandır! Amma mərhəmət və ürəyi yumşaqlıqla vəsf edilə bilməz!

Ondan qeyrisinə pərəstiş edilməz!

O yalnız idrakla tanınar!

Danışandır! Amma sözlə danışmaz!

Simalar onun əzəməti qarşısında təslim olar!

Qəlblər onun qorxusundan titrəyər!”

Bu sözləri eşidən Zələb fəryad edib deyir:And olsun Allaha! İndiyə qədər Onu belə tanıtdıran olmamışdı. Sonra sözün təsirindən qəşş edib ürəyi gedir.

(Nəhcul-bəlağə)

Din dünyagörüşünün əsası yeganə olan Allaha etiqaddır. Həmçinin insana vacibdir ki, rəbbini düzgün tanısın və Onun insandan tələblərini bilsin. Allahı düzgün tanıyan, Onun tələblərini düzgün bilən Ona itaət edər! Əgər itaət etmirsə düzgün tanımamışdır deməkdir!
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930