Allahı necə təsəvvür edək?
Mьəllif: admin1
Tarix: 14-09-2016, 22:15
Allahı necə təsəvvür edək?
Kainatları və varlıqları xəlq edən qüdrətin keyfiyyəti, kəmiyyəti, məkanı, zamanı, çəkisi və sair fiziki və maddi tərəfləri ola bilməz. Əgər o müəyyən məkana möhtacdırsa deməli, o məkanı da ona verən var. Elə isə o da möhtac məxluqlardan biridir. Əgər bir keyfiyyəti varsa deməli onu kimdənsə nədənsə mənimsəyib. Elə isə o da möhtacdır. Möhtac olan Allah ola bilməz.

Qurani-Kərimdə gələn Allahın ərşi , kürsüsü, əli, rəngi, nitqi isə məcazi mənadadır və onun hakimiyyəti, partiyası və qəzəbi anlamındadır.

İnsanlar materiya aləmində olduqları üçün metafizika aləmində nəyisə təsəvvür etmək onlar üçün olduqca çətindir. Həzrət Əli buyurur ki, mən Allahı görməsəm ona sitayiş etmərəm. Bəs bu nə deməkdir?

Həzrət Əli bir çox həqiqətlərin ona əyan olduğu və bir çox maddi pərdələrin onun gözü qarşısından götürüldüyü bir insan kimi Allahı özünəməxsus şəkildə dərk edir.

Özümüzə gəldikdə isə “Səbəb-Nəticə” qanununa əsasən, gözümün qarşısında olan hər bir məxluqda Allahı görməyi bacarmalıyıq. Rəsm əsəri rəssamın olduğuna dəlalət etdiyi kimi, biz də ətrafımızdakı mənzərələrdə və hətta milçək, qarışqa və arının vücudunda belə Allahı görməliyik.

"Allahı necə təsəvvür etsək doğru olar?" sualına İmam Hadi (ə) maraqlı cavab verib.

Biharul-Ənvar əsərində (cild-4, səh-303) nəql edilən hədisdə deyilir:

“Allahı yalnız onun özünün vəsf etdiyi kimi sifətləndirmək olar. O necə vəsf edilə bilər ki, insan hissiyyatı (görmə, eşitmə, toxunma, iyləmə, dadma, duyma hissiyyatları) bu vəsfə acizdir. Təsəvvürlər onun zatına çatmaqda acizdirlər. Gözə (təsəvvürə) sığan deyil. Yaxınlığı ilə uzaqdır, uzaqlığı ilə yaxın. Keyfiyyəti və necəliyi O yaradıb. Hal bu ki, özünün keyfiyyəti yoxdur. Məkanı O yaradıb. Hal bu ki, məkana möhtac deyil. Məkandan və keyfiyyətdən mübərradır. Yeganədir. Əzəməti çox böyük, Onun adları münəzzəhdir (O sizin təsəvvürünüzdən də böyükdür, onun kimisi yoxdur)"

Səhabələrdən biri İmam Sadiqdən "Allahu Əkbər" (Allah daha böyükdür) zikrinin mənasını soruşur: Allah daha böyükdür yəni sizin təsəvvürünüzdən daha böyükdür deməkdir.islaminsesi\


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930