Bizi behiştə apara bilən 5 elm
Mьəllif: admin1
Tarix: 7-07-2018, 22:09
Bizi behiştə apara bilən 5 elm
Səadətə çatmaq üçün insan həqiqəti dərk etməlidir. Bu həqiqətləri dərk etmək üçün isə bizə elm lazımdır. Məhz bu beş elmin sayəsində səadətə və behiştə çata bilərik:

1. Allahı tanımaq.

2. Özünü tanımaq.

3. Yaşadığımız dünyanı tanımaq.

4. Gedəcəyimiz yolu tanımaq.

5. Bizi bu yola hidayət edəni tanımaq.

Əgər bu elmləri əldə edə bilsək, o zaman haqqa ibadət və xəlqə xidmət libasını geyinər və bu elmləri həyata keçirərik.

Bu beş elmi tanıdıqdan sonra xüsusi hal əldə edərik və xüsusi əməllər yerinə yetirməyə başlayarıq. Sanki başqa bir gözə, qulağa, dilə sahib olarıq. Başqa bir süfrəmiz olar, başqa dostlar əldə etməyə çalışarıq.

Bu beş elm bizimlə minlərlə iş görər. Bizim üçün elə rəfiq qərar verər ki, behiştə getmək üçün bizi hidayət etsin.

O zaman ki, bizi behiştə daxil edər, deyər: “Başqa arzun vardırmı? Əgər başqa arzun vardırsa, onu da yerinə yetirim”.

Bəli, bu beş elm bizi çox dəyişdirir. Ona görə də bu beş elmin qədrini bilin və hələ ki, fürsət var ona yiyələnməyə çalışın.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930