Əhli-Beyt (ə) davamçılarını bu 3 xüsusiyyətlə tanımaq olar
Mьəllif: admin1
Tarix: 6-07-2018, 20:30
Əhli-Beyt (ə) davamçılarını bu 3 xüsusiyyətlə tanımaq olar
İmam Sadiq (ə) bəyan etdiyi hədislərin birində Əhli-Beyt (ə) davamçılarının ən üstün sifətlərinə işarə etmiş və öz davamçılarını bizə həmin sifətlərlə tanıtmışdır.

Həzrət (ə) buyurur: “Bizim davamçılarımız hidayət və təqva əhli, xeyir və yaxşılıq əhli, fəth və zəfər əhlidirlər”.

Əziz İmam (ə) bu hədisdə Əhli-Beyt (ə) davamçılarının 3 sifətinə işarə etmişdir:

1. Hidayət və təqva.

2. Xeyir işlər görmək, yaxşılıq etmək.

3. Zəfər çalmaq.

Əsil Əhli-Beyt (ə) davamçısı o kəsdir ki, həm özü hidayət olar və həm də başqalarını hidayət etməyə çalışar. Günahdan və büdrəmədən uzaqdır. Çünki təqvaya malikdir. Təqvası onu hər bir kiçik büdrəmədən uzaq saxlayır və qoruyur.

Əlbəttə ki, hamımızın bildiyi kimi, həqiqi mömin o kəsdir ki, iki qanadı olar. Bu qanadlardan biri – imandır, o birisi isə saleh əməl. Ancaq bu iki qanad olarsa, mömin behiştə daxil ola bilər.

Həqiqi Əhli-Beyt (ə) davamçısı xeyirxah olmalıdır. Xeyir işlər görməli və başqalarına qarşı qayğıkeş olmalıdır. Onların ehtiyacını bilən kimi aradan qaldırmaq üçün əlindən gələni etməlidir.

Əsil Əhli-beyt (ə) davamçısı o kəsdir ki, həm böyük və həm də kiçik cihadlarda zəfər çalar. Əgər xarici müharibədirsə - ön sırada gedər və millətini, dinini qorumağa çalışar. Əgər böyük cihaddırsa – nəfsinin islahında qələbə çalar və əmmarə nəfsini əsiri edər.

Allah Təala bizləri də həqiqi Əhli-Beyt (ə) davamçılarından qərar versin! Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930