İslami baxımdan evdə it saxlamağın hökmü nədir?
Mьəllif: admin1
Tarix: 26-06-2020, 19:39
İslami baxımdan evdə it saxlamağın hökmü nədir?
İslam dini insanların əqidəsinin düzgün olması ilə yanaşı, onların paklığını da daim diqqətdə saxlayır. Hətta demək olar ki, paklığ məsələsinə etiqad və təfəkkür qədər belə önəm verilir. Çünki paklığ ibadətin müqəddiməsidir (bünövrəsidir). Bu həm mənəvi, həmdə zahiri paklığa aiddir.

İslam dininin paklığ təbliğatına zidd olan əməllərdən biri də itlə təmasa riayət etməməkdir. İnsan gərək itlərə təmas edib toxunduqda islami göstərişlərə əməl etsinlər.

İt zatən nəcis (murdar) hesab olunur. Fərqi yoxdur bu itin ağzının suyu olsun, yaxud tükləri olsun. İt bütünlüklə nəcisdir. Bu səbəbdən itlərin evdə saxlanılmasına, insanlarla birgə yaşamasına İslam dini icazə vermir.

İt saxlanılmasına o halda icazə verilir ki, əqlən bu qəbul olunmuş olsun. Məsələn ov iti kimi, keşik çəkən itlər kimi, yaxud coban iti kimi ki, onların saxlanılmasına ehtiyac vardır. Bu hallarda belə itlərlə təmasdan çəkinmək lazımdır.

İt saxlanılması barədə verilən suala İslam fəqihlərinin rəyini təqdim edirik:

1-Ev itlərini və ya bəzək itlərini saxlamağın şəri hökmü nədir?

2-İtlərə aid olan olan əşyaların alqı-satqısının hökmü nədir?

Cavab:

-İt zatən nəcisul-eyindir (bütünlüklə nəcisdir). Etiyac olmadığı surətdə it saxlamaq kərahətlidir. Tıbii ki, paklığa riayət olunduğu halda ov itlərinin və qoruyucu itlərin (həyətdə) saxlanılmasının eybi yoxdur. (Ayətullah Lənkərani)

-İtin alış-verişi caiz deyil. Yalnız ov itndən başqa. Nəcis olsalar belə ov itlərinin qulluğunun heç bir maneəsi yoxdur. İt saxlanılan evdə namaz qılmaq məkruhdur (evdə). Onlara aid bir şeylər almağın öz-özündə işkalı yoxdur. (Ayətullah Sistani)

-Ov itləri ilə, keşik çəkən itlərdən savayı digər itləri saxlamaq məzəmmət olunmuşdur. Xüsusən də özünü qeyri müsəlmanlara oxşatmaq üçün olarsa və onların mədəniyyətinə rəvac verici olarsa haramdır. (Ayətullah Xamenei)

Qeyd edək ki, insanın itlə bir mənzil daxilində yaşaması yol verilməzdir.



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930