Hicabla bağlı bir neçə suala cavab – Ayətullah Seyyid Əli Sistani
Mьəllif: admin1
Tarix: 1-02-2024, 10:31
Hicabla bağlı bir neçə suala cavab – Ayətullah Seyyid Əli Sistani
Hicab İslam şəriətinin, bu dini qəbul edənlərə vacib buyurduğu bir əmrdir. Mütəal Allah İslamla insanın fərdi həyatını zənginləşdirdiyi kimi, ictimai həyatını da nizama salır.

Hicab insan üçün həm fərdi, həm də ictima baxımdan çox mühüm və əhəmiyyətli bir göstərişdir. Adından da göründüyü kimi (örtük) Allah Təala hicabla şəxsin və cəmiyyətin çatışmamazlıqlarını və nöqsanlarını örtür, yaxud nöqsana yol verməkdən qoruyur.

Ayətullah Seyyid Əli Sistaninin elekton kitabxanasına hicabla bağlı suallar ünvanlanıb. Bunlardan bir neçəsini təqdim edirik:

1) İslami hicabın həddi nədir?

Cavab: Başın, üz və əllərdən başqa bütün bədənin örtülməsi. Həmçinin bər-bəzəkli və cəlb edici olmamalıdır.

2) Həyat yoldaşı hicaba riayət etməyən kişinin vəzifəsi nədir?

Cavab: Vəzifəsi onu başa salmaq və qadına evdən çıxmamağa icazə verməməkdir.

3) Qərb ölkələrində yaşayan xanımların hcabı tərk etmələrinin hökmü nədir? Baxmayaraq ki, bu tərki gözəl görsənmək üçün deyil, hər hansı irqçi problemlərindən uzaq olmaq üçün edir?

Cavab: İcazəli deyil. Lakin çarşab geyməsi vacib edyil. Vacib olan başın, boyunun və bədənin örtülməsidir.Məqsəd cəlb ediciliyin aradan qaldırılmasıdır. Hicab gərək zinət verici olmasın.

4)Qadın ümimi yerlərdə gəzərkən əllərini və ayaqlarını örtməsi vacibdirmi?

Cavab: Ayaqların örtülməsi vacibdir. Topuqlar istisnadır. Harama səbəb olarsa onlar da örtülməlidir. Bu halda əlləri də örtmək vacibdir.

5) Bir qadın öz həqiqi saçlarını süni saçlarla (parik) gizlədərsə, bu halda onun şəklini çəkmək olarmı (tamah qəsdi ilə deyil zərurət halında)?

Cavab: (Bu halda) qadının süni saçlardan istifadəsi icazəlidir. Lakin süni saçlar da zinət hesab olunur, bu səbəbdən naməhrəmlər qarşlsında bu saçları da örtməlidir. (Yəni bu saçlarla açıq şəkildə gəzə bilməz).

6) Bir qadın davamlı olaraq şəri hicaba riayət edir. Lakin həyat yoldaşı buna qarşı çıxır. Xanımın vəzifəsi nədir?

Cavab: Hicabı tərk etməyə haqqı yoxdur.

7) Hicab hansı həddə vacibdir? Çarşab vacibdirmi?

Cavab: Hicabda mötəbər olan zinət yerlərinin naməhrəmlərdən örtülməsi,cəlb ediciliyin qarşısını almaqdır, çarşabla olmasa belə.

(Lakin Seyyid Sistani cənabları çarşabdan istifadə etməyi daha layiq və üstün bilib).

8) Yaşadığımız dövrdə naməhrəmlərdən daha ciddi qorunmaq üçün niqabdan istifadə edən qadınların sayı çoxalıb?

Cavab: Niqab və bu kimi şeylər ictimayətdə yeni növ fitnələrə yol açarsa ondan çəkinmək lazımdır.



(www.sistani.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031