Quranda adı çəkilən Talut kimdir?
Müəllif: admin1
Tarix: 20-05-2018, 22:49
Quranda adı çəkilən Talut kimdir?
Talut Bəni-İsrail qövmünün hökmdarı, Davud Peyğəmbərin (ə) müasiri və qaynatası olmuşdur. Bibliyada adı “Saul” şəklində verilib. Qurani-Kərimdə 2 dəfə adı çəkilir.

Həm xarici görünüş baxımından, həm də imanda və igidlikdə ətrafdakılardan seçilirdi. Bəni-İsrail qövmü Calutun başçılıq etdiyi düşmən qoşununun hücumuna məruz qalanda Allahın əmri ilə Talut onlara hökmdar təyin edildi.

Bu zaman uzun müddət itkin hesab edilən və Musa Peyğəmbərdən (ə) yadigar qalan əhd sandığı tapıldı (Bəqərə, 247-248).

Talut Bəni-İsrail qövmündən qoşun yığıb döyüşə yollandı. Sayının azlığına baxmayaraq, Bəni-İsrail qoşunu düşmənə qələbə çaldı və azyaşlı Davud (ə) Calutu öldürdü (Bəqərə, 249-251).

Həzrət Davud (ə) böyüyüb Talutun qızı ilə evləndi və Talut vəfat etdikdən sonra onun yerinə keçib hökmdar oldu. Bibliyada Talutun şəxsiyyəti ilə bağlı verilən bəzi məlumatlar İslam mənbələrində öz təsdiqini tapmayıb.

İslam mənbələrində Talut ədalətli, mömin bir hökmdar kimi tanınır. Hətta alimlər arasında Talutun peyğəmbər olub-olmaması barədə fikir ayrılığı vardır.
(islam.az)
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031