İslam tarixinə aid kitablarda adı keçən Həbəşistan hökmdarı Nəcaşi kimdir?
Mьəllif: admin1
Tarix: 14-03-2018, 21:18
İslam tarixinə aid kitablarda adı keçən Həbəşistan hökmdarı Nəcaşi kimdir?
“Nəcaşı” Həbəşistanın xristian hökmdarlarına müsəlman mənbələrində verilən addır.

“Nəcaşi” (nequs, nquse) konkret bir şəxsin adı deyil, ümumilikdə Həbəşistan hökmdarlarının ləqəbi idi.

1975-ci ildə Efiopiyada monarxiya rejimi devrilənə kimi dövlət başçıları bu ləqəbi daşıyırdılar. Müsəlman salnamələrində Həzrət Mühəmməd Peyğəmbərin (s) dəvət məktubunu almış həbəş hökmdarı “nəcaşi” adlandırılır.

Bu, həmin ərazidə yerləşən Aksum dövlətinə başçılıq etmiş Ella-Səhamdır (625-640). Ərəb mənbələrində onun adı “Əshəmə” kimi verilir.

O və ya ondan əvvəlki nəcaşi Həbəşistana hicrət etmiş müsəlman mühacirlərə sığınacaq vermişdi. Hicri 7-ci (miladi 628-ci) ildə İslam Peyğəmbərinin məktubunu alan nəcaşi o həzrətə öz ehtiramını bildirərək bir neçə hədiyyə göndərdi.

Rəvayətə görə, hətta nəcaşi gizli şəkildə İslam dinini qəbul etmiş, amma bunu camaata bildirməmişdi. Nəcaşi iki il sonra vəfat etdi. Onun vəfat xəbəri Mədinəyə gəlib-çatmazdan əvvəl Peyğəmbər bu barədə öz səhabələrinə məlumat vermiş və nəcaşinin ruhuna qiyabi olaraq cənazə namazı qılmışdı.
(islamazeri.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930