Bu gecə niyyət axşamıdır – Ramazan ayının niyyətini necə edək?
Mьəllif: admin1
Tarix: 11-03-2024, 10:39
Bu gecə niyyət axşamıdır – Ramazan ayının niyyətini necə edək?
Ramazan ayı əsasən orucluq ayı kimi tanınır. Çünki Mütəal Allah bu ayda öz bəndələrindən gücü çatanlara, xəstə olmayanlara və səfərdə olmayanlara oruc tutmağı vacıb edib.

Bu ayınin ilk əməli niyyətdir. Bütün işlər niyyətə bağlı olduğu kimi oruc tutmaq və ya orucluğa başlamaq da niyyətlə olur.

İnsanın niyyəti dilinə gətirməsi, yaxud niyyət üçün hansısa bir xüsusi əməl etməs lazım deyil.

Hətta Allah-taalanın əmrinə tabe olmaq niyyəti ilə gün ərzində orucu pozan işlərdən çəkinməsi kifayət edir.

Yəni sübh azanından məğrib əzanına qədər orucu pozan əməlləri icra etməsin və niyə etmədiyinin səbəbini də bilsin.

Ramazan ayının əvvəlində, mən də İnşaallah bu ayda oruc tutacağam, deməsi kifayət edir. Bunun özü elə ramazan ayı niyyətidir.

Yaxud sübhdən məğribə qədər orucu pozan bir iş gorməməsi kifayət edir.

Ramazan orucunun niyyətini iki cür etmək olar. Birinci yol budur ki, Ramazanın birinci gününə keçən gecə (xalq arasında həmin gecəyə “niyyət gecəsi” deyirlər) qarşıdakı bir ayın orucu niyyət edilir.

Məsələn, niyyətin “Sabahdan bir aylıq Ramazan orucunu tutmağa niyyət edirəm, qürbətən iləllah” şəklində ifadə edilməsi kifayətdir. Bu niyyəti Ramazanın birinci günü sübh azanına kimi yubatmaq da olar.

İkinci yol budur ki, hər günün orucunun niyyəti ayrı-ayrılıqda edilsin. Yəni hər gecə sabahkı günün orucunu tutmağa niyyət etsin: “Sabah Ramazanın filanıncı gününün orucunu tutmağa niyyət edirəm, qürbətən iləllah”.

Hər günün niyyətini sübh namazına kimi də etmək olar. Əsas budur ki, insan bütün gün ərzində öz niyyətində qalmış olsun və niyyətini dəyişdirməsin.

Bundan başqa bu gecənin bir neçə əməlləri var:

- Müstəhəb qüsl etmək; -

Sədəqə vermək və yoxsullara yardım etmək;

İki rükət (müstəhəb) namaz qılmaq;

belə ki, birinci rükətdə “Həmd”dən sonra “Fəth” surəsi, ikinci rükətdə isə “Həmd”dən sonra istənilən surə oxunur. Bu gecədən başlayaraq sonuncu gecəyə qədər min rükətlik namaza başlamaq.

Həmin min rükət gecələr arasında bölüşdürülür. Ətraflı məlumat üçün “Məfatih-ul-Cinan” kitabına müraciət etmək olar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930