Mömin kimə deyilir? – Rəsuli-Əkrəmin (s) və İmam Əlinin (ə) mübarək izahları
Mьəllif: admin1
Tarix: 14-05-2022, 23:18
Mömin kimə deyilir? – Rəsuli-Əkrəmin (s) və İmam Əlinin (ə) mübarək izahları
Allahın Peyğəmbəri (s) möminin vəsfində buyurmuşdur:

«Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin...

Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini…

Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır.

Xərci azdır, çox kömək və yardım edir...

İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür.

Gözləri aşağı baxır.

Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır.

Sözünü ölçüb-biçir və dilini lal edir...

Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə, inkar etmir.

Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir...

Dünyapərəstlərlə rəftar edəndə - onların ən zirəngi, axirət axtaranlarla olanda – onların ən pəhrizkarıdır».

Möminin təsvirində İmam Əli (ə) buyurub: «Möminin sevinci üzündə, kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir (çox hövsələli və geniş ürəklidir). Nəfsi isə hər şeydən xardır.

Özünü yuxarı tutmağı sevmir və şan-şöhrətə nifrət bəsləyir. Qəm-kədəri uzun, himmət və çalışqanlığı yüksəkdir...

Sükutu çoxdur və vaxtı boş keçmir. Şükür edən və səbirlidir. Fikrə dalıb və (başqaları ilə) dostluğunda möhkəm olmağa hərisdir. Mülayim və mehribandır. İradəsi çaxmaq daşından da möhkəmdir, amma bununla belə, quldan da həqir və xardır».

Digər yerdə İmam Əli (ə) buyurub: «Mömin şadlıq və asayiş zamanı şükür edən, bəla və çətinlik zamanı səbirli, naz-nemət içində olan zaman isə qorxu içindədir».

Yenə də İmam Əli (ə) buyurub: «Mömin öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir».

İmam Əli (ə) buyurub: «Mömin öz dinini dünyası ilə təmizləyn kəsdir. Günahkar o şəxsdir ki, dünyasını dini ilə qoruyur».



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930