İnsanın ən heyrətli üzvü
Mьəllif: admin1
Tarix: 29-03-2018, 22:07
İnsanın ən heyrətli üzvü
İmam Əli (ə) buyurur: “İnsanın ən heyrətli üzvü – qəlbidir.

Qəlbdə hikmətlərin və ziddi-hikmətlərin mənbəyi vardır.

Əgər arzu etsə, tamah onu xar edər.

Əgər tamah ondan əl çəksə, hərislik məhv edər.

Əgər ümidsizlik ona hakim olarsa, qəm onu öldürər.

Hər bir çatışmamazlıq onun üçün ziyanlıdır.

Hər bir həddi aşmaq onun üçün məhvedicidir”.

Allahı sevən qəlbin və Allahdan xəbərsiz olan qəlbin fərqi nədədir?

Əmirəl-möminin (ə) buyurur: “Allahı sevən qəlb, Allah üçün yorulmağı çox sevər. Allahı yada salmaqdan xəbərsiz olan qəlb rahatlığı sevər”.

Mömin qəlbinin çırağı nədir?

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir şeyin çırağı vardır və mömin qəlbinin çırağı – beş dəfə qılınan namazdır”.

Bəs qəlbə cila verən nədir?

Həzrət İsa (ə) buyurur: “Necə ki, cilalamaq qılıncı islah edər, hikmət də qəlbi cilalayar və aydınladar”.

İnsan gərək qəlbini təmiz saxlasın. Onu xarab edən xislətləri yaxın buraxmasın.

İmam Əli (ə) buyurub: «Mömin öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir».

Əmirəl-möminin (ə) buyurur: “Qəlbini başqalarının kinindən pak et ki, onların qəlbi sənin kinindən pak olsun”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930