Həzrət İsanın (ə) Həzrət Məhdi (ə) barədə verdiyi müjdələr
Mьəllif: admin1
Tarix: 13-05-2018, 22:32
Həzrət İsanın (ə) Həzrət Məhdi (ə) barədə verdiyi müjdələr
Bir gün Həzrət İsa (ə) İordaniyadan Beytul-müqəddəsə tərəf gedirdi. Yolda öz tərəfdaşlarına göstəriş verir ki, filan məkanda bir uzunqulaq vardır, onu mənim üçün gətirin. Onlar gedib həmin məkanda olan uzunqulağı gətirirlər.

Həzrət İsa (ə) bu uzunqulağa minir və Qüds şəhərinə gedir. Orada ağır xəstə olan bir neçə nəfəri ziyarət edir və Allahın izni ilə onlara şəfa verir.

Sonra Beytul-müqəddəsə daxil olur.

Orada bəziləri Həzrətdən (ə) soruşurlar: “Ey Allahın Rəsulu! Bizə xəbər ver görək, dünyanın sonu necə olacaqdır?”.

Həzrət İsa (ə) buyurur: “Sizə xəbər verirəm ki, məndən sonra peyğəmbər gələcəkdir ki, adı Əhməddir (s).

Onun övladlarından biri insanlar üzərində olan hüccət olacaqdır. O, qiyam edəcək və zülmə bürünmüş dünyanı ədalətlə dolduracaqdır. Mən onun zamanında səmadan yerə enəcəyəm. Mənim zühurum, Qiyamətin zühurunun nişanəsi olacaqdır”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031