İmam Məhdi (ə.f) bütün dinlərin həqiqi ardıcıllarını birləşdirəcəkdir
Mьəllif: admin1
Tarix: 4-05-2022, 11:15
İmam Məhdi (ə.f) bütün dinlərin həqiqi ardıcıllarını birləşdirəcəkdir
Hədislərdən göründüyü kimi, zühur zamanında bəşərdə ciddi şəkildə təkamül baş verəcək və elm inkişaf edəcəkdir.

İmam (ə.f) zühuru ilə yer üzərində olan zülmü aradan aparacaq və ədalətə bürüyəcəkdir. Hədislərimizin buyurduğuna görə, bu dövrdə İmam (ə.f) yəhudilərin müxalifətliyi ilə üzləşəcəkdir. Yəhudilər üçün müqəddəs tabutun xüsusi əhəmiyyəti vardır.

İmam (ə.f) gələcək və bu tabutu tapıb, onlara göstərəcəkdir. Bundan əlavə, əsil Tövratı Antakiyanın mağarasından çıxardıb, onlara nişan verəcəkdir.

İmam (ə.f) bu nişanələri göstərəndən sonra yəhudiləri İslam dininə dəvət edəcəkdir. Onların bəzisi bu nişanələri görərək və İsanın (ə) yerə nazil olub, Həzrətin (ə.f) arxasında namaz qıldığına şahid olduqları üçün İslam dinini qəbul edər və iman gətirərlər. Ancaq hədislərimiz buyurur ki, çox mümkünsüz görünür ki, bütün yəhudilərin hamısı iman gətirsin. Müxaliflik edənlər də olacaqdır.

Xristianlar isə İsanın (ə) yerə enməsi ilə həqiqətləri dərk edəcək və ona iman gətirəcəklər. Sonra isə Həzrət İsanın (ə) tövsiyəsi ilə Peyğəmbər (s) dinini qəbul edəcəklər.

İmam Zaman ağanın (ə.f) yəhudilərlə üzləşməsinə aid iki cür hədislərimiz vardır. Bir dəstə hədislərdə ümumi yəhudilərdən söz açılmış və onların iman gətirəcəyindən bəhs olunmuşdur. Bir dəstə hədislərdə isə xüsusi yəhudilərin adı çəkilmişdir.

Qurani-Kərim bütün dinlərinin ardıcıllarının birləşdirilməsi barəsində buyurur: “Öz Peyğəmbərini, müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur”. (“Tövbə” 33).

Həzrət Məhdi (ə.f) iki halda yəhudilərlə üzləşəcəkdir. Birinci mərhələdə aydın bürhanlarla onları İslam dininə dəvət edəcəkdir. Bir dəstə bu dəvəti qəbul edəcəkdir.

İkinci mərhələdə isə qalan dəstə ilə şiddətli qarşıdurma olacaqdır. Nəticədə Həzrət (ə.f) onlara qələbə çalacaqdır. Bu yolla düşmənlik edənlərin hökmranlığı sona çatacaq və onlar tabe olacaqlar.

İmam Zaman ağa (ə.f) Dəccalı cəhənnəmə vasil edərək, Süfyanilərin qiyamını məğlub edərək, Şamı fəth edərək, Beytul-müqəddəsə daxil olacaqdır. Oraları düşmən ünsürlərdən təmizləyəcəkdir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031