11 İmam (ə) Həzrət Qaim (ə.f) barədə nə buyurmuşlar?
Mьəllif: admin1
Tarix: 25-02-2024, 10:46
11 İmam (ə) Həzrət Qaim (ə.f) barədə nə buyurmuşlar?
Hər bir İmam (ə) öz zamanında sonuncu İmamı (ə.f) tanıtmağa çalışmış və onun haqqında məlumatlar vermişdilər.

İmam Əli (ə).

İmam (ə) buyurur: “Bizim Qaimin (ə.f) uzun qeybi olacaqdır. Əhli-Beyt (ə) davamçılarını görürəm ki, onu tapmaq üçün dərələri alt-üst edirlər.

Ancaq onu tapa bilmirlər. Bilin ki, onun qeybində hər kim öz dinində sabit qalar, qeybi zamanı onu inkar etməz – Qiyamət günü mənimləolacaqdır”.

İmam Həsən (ə).

İmam (ə) buyurur: “Məgər bilmirsiniz ki, biz İmamların (ə) hamısının üzərində zamanının sultanı ilə beyət vardır, o Qaimdən (ə.f) başqa ki, İsa ibni Məryəm (ə) onun arxasında namaz qılacaqdır.

Allah Təala təvəllüdünü gizli edəcəkdir. Özünü qaib edəcəkdir ki, qiyam edən zaman heç kəsin beyəti boynunda olmasın.

O, qardaşım Hüseynin (ə) doqquzuncu övladıdır. Allah qeybi zamanı ömrünü uzun edəcəkdir.

Onu Öz qüdrəti sayəsində 40 yaşdan az cavan kimi zahir edəcəkdir ki, Allahın hər şeyə qadir olduğunu bilsinlər”.

İmam Hüseyn (ə).

“Mənim doqquzuncu övladımda Yusifin (ə) sünnəti və Musanın (ə) sünnəti vardır. O, Əhli-Beytin (ə) Qaimidir ki, Allah onun məsələsini birgecədə islah edəcəkdir”.

İmam Səccad (ə).

“Bizim Qaimdə (ə.f) peyğəmbərlərin (ə) sünnətlərinin bir neçəsi vardır: Adəmdən (ə), Nuhdan (ə), İbrahimdən (ə), Musadan (ə), İsadan (ə),Əyyubdan (ə), Muhəmməddən (s). Adəm (ə) və Nuhdan (ə) – ömrün uzun olmasıdır.

İbrahimdən (ə) – gizli təvəllüdüdür. Musadan (ə) – qorxu və qeybdir.

İsadan (ə) – ondan sonra insanlarda nəzər ayrılığının olmasıdır.

Əyyubdan (ə) – İlahi imtahandan sonra olan fərəcdir.

Muhəmməddən (s) – qılıncla qiyam etməkdir”.

İmam Baqir (ə).

“O zaman ki, ruzigarın vəziyyəti dəyişər, insanlar deyər ki, Qaim (ə.f) ölmüşdür və ya həlak olmuşdur və ya o kəslər ki, onun məhv olmasınıistəyirlər deyərlər ki, sümükləri cürümüş insan necə zühur edəcəkdir ki? Siz onun zühuruna ümidvar olun. O zaman ki, zühur etdiyini eşitdiniz, ona tərəf tələsin, baxmayaraq ki, qarın üstündə sürünməklə də olsa belə”.

İmam Sadiq (ə).

“O, oğlum Musanın (ə) övladıdır. O, kənizlərin xatununun oğludur. Qeyb edəcəkdir ki, batil əhli ondan heyrətə düşəcəkdir. Allah onu zahir edəcəkdir və yerin şərqini və qərbini onun əlində fəth edəcəkdir”.

İmam Kazım (ə).
“O, Qaimdir (ə) ki, yeri Allahın düşmənlərindən pak edəcək və ədalətlə dolduracaqdır. O, mənim beşinci övladımdır. Onun uzun qeybi olacaqdır”.

İmam Rza (ə).

“Bizim Qaim (ə.f) – o kəsdir ki, qiyam edən zaman qocaların yaşında və cavanların simasında olacaqdır. O, mənim dördüncü övladımdır. Allahonun əli ilə yeri ədalətlə dolduracaqdır, necə ki, zülmlə dolmuş olacaqdır”.

İmam Cavad (ə).

“Bizim Qaim (ə.f) həmin Məhdidir. O, o kəsdir ki, qeybi zamanı intizarının çəkilməsi vacibdir. O zaman ki, zühur edər – ona itaət olunması vacib olar. O, mənim üçüncü övladımdır”.

İmam Hadi (ə).

“Onu qiyam edənə qədər adı ilə çağırmaq haramdır. Yeri ədalətlə doldurar, necə ki, zülmlə dolmuş olacaqdır”.

İmam Həsən Əsgəri (ə).

“Siz insanları elə görürəm ki, məndən sonra canişinim barəsində münaqişə edəcəksiniz. Agah olsun o kəs ki, Peyğəmbərdən (s) sonraİmamların (ə) olmasına etiqad bəsləyər, ancaq mənim övladımı inkar edər – o kəs kimi olar ki, bütün peyğəmbərlərə (ə) inanar, ancaq xatəmPeyğəmbərin (s) nubuvvətini inkar edər.

Həqiqətdə bu şəxs bütün peyğəmbərləri (ə) inkar etmiş olar. Çünki bizlərin axırıncı nəfərinə itaət etmək –əvvəlinci nəfərə itaət etmək deməkdir. Hər kim biz Məsumların (ə) əvvəlinci nəfərini inkar edər – bizim sonuncu nəfərimizi də inkar etmiş olar”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930