QADININ HİCABININ HÜDUDLARI
Mьəllif: admin1
Tarix: 31-05-2022, 10:42
QADININ HİCABININ HÜDUDLARI
BƏDƏNIN ÖRTÜLMƏSI

Qərb dünyası və Qərbsayağı fikirləşənlər deyirlər ki, geyim baxımından qadın kişi kimi azad olmalıdır. Kinolarda, küçələrdə, gecə təşkil olunan rəqs məclislərində, dəniz sahilində, çimərlikdə, gəzintilərdə və s. yerlərdə istədikləri formada olmalı, bu iş istədikləri hər kəslə baş verməlidir; İstədikləri kəslərlə gediş-gəliş edib cinsi əlaqədə olmalı, hər şeydən də əlavə, bu rabitə və eşqləri möhtərəm və müqəddəs sayılmalıdır!

Bunun müqabilində İslam dini buyurur ki, qadınların fəsad amilləri olan əyyaş cavanların qarşısında və cəmiyyətdə çılpaqlığı fəsada, əxlaqsızlığa səbəb olur və ailənin dağılmasına gətirib çıxardır, qadınların özlərini də bu əxlaqsızlıq və pozğunluq odunda yandırır.

Qadınlar hicabsız və aldadıcı qiyafələrlə cəmiyyətdə və camaat arasında zahir olanda, təbiidir ki, belə cəmiyyətin qadın və kişilərinin, xüsusilə cavanlarının sakit əsəb sistemi, aram ruhu olmayacaqdır.

Buna əsasən, qadın və kişinin açıq-saçıqlığı, çılpaqlıq “mədəniyyəti”, şübhəsiz ki, ziyanlı və ictimaiyyətin mənafeyinin ziddinədir, müsəlmanlar və sair azad insanlar gərək İslamın zəngin mədəniyyəti ilə uyğun hərəkət etsinlər. Elə bir mədəniyyət ki, bədənin naməhrəmlərdən, yadlardan örtülməsinə əsaslanır.

QADININ HİCABININ HÜDUDLARI

Qadın üzü və biləyə qədər əlləri istisna olmaqla bütün bədənini örtməlidir.

"Cəvahirul-kəlam" kitabının müəllifi sair alim və fəqihlərdən nəql edir ki, onlar əlləri və üz örtməyi istisna etmişlər, o bu məsələ barəsində bütün alimlərin fikir birliyində olduğunu qeyd etmişdir.

Həmçinin, mərhum Seyid Məhəmməd Kazim Yəzdi Təbatəbai (hazırki təqlid mərcələri onun fətvası əsasənda fətva verirlər) yazır: "Qadına vacibdir ki, öz bədənini əri və məhrəmləri istisna olmaqla başqalarından örtsün, amma üzün və əllərin örtülməsi vacib deyilıdir.

Qeyd olunan məsələdə təqribən bütün təqlid mərcələri fikir birliyindədir. İndi isə qadının bədəninin örtülməsinin vacibliyini Quran və hədis nəzərindən diqqətinizə çatdırırıq.

Allah-taala buyurur: "Naməhrəm qadın və kişilər bir-birinə heyran olmamalı, həmçinin qadınlar zahir olan yerlərindən başqa öz zinətlərini aşkar eləməməli, örtdüklərini sinə və boyunlarına qədər örtməlidirlər."

Bəziləri belə güman edə bilərlər ki, bu ayədə deyilən zinətlərin örtülməsi vacibdir və Allah-taala yalnız onların örtülməsinə göstəriş verir. Amma bildiyimiz kimi, zinət əşyaları dükan-bazarda və başqa yerlərdə camaatın gözü önündədir və onlara baxmağın heç bir günahı yoxdur.

Allah-taalanın "öz zinətlərinizi göstərməyin" deyə buyurmasında məqsəd zinət olunan yerlərdir ki, bu halda üz və zinət yerləri örtülməlidir.

Yaxud da onların zinətlərinin özü məqsəddir.Belə olan halda onlar qadınların bədənində olarsa, nəticəsi bədənin naməhrəmlərdən örtülməsi və qorunması deməkdir.

Əllərin və üzün bu hökmdən istisna olunması məsələsinə gəldikdə isə, ayənin özündən dəlil gətirmək olar. Çünki ayədə buyurulur ki, zahir olanları örtmək lazım və vacib deyildir.

Bu halda zahir istər zinət yerləri olsun, istərsə də zinətin özü, üzün və əllərin örtülməməsinin vacib olmamasına bir dəlildir. Bundan əlavə, ayənin davamında buyurulur ki, örtük ilə sinə və boynunuzu örtün, amma üzün örtülməsi üçün heç nə demir.

Bu özü aşkar bir sübutdur ki, üzün örtülməsi vacib deyildir. Quran ayəsindən əlavə üzün örtülməsini (adi şəraitdə və fəsada səbəb olmadan) vacib bilməyənlər bəzi dəlillər gətirmişlər ki, onların bəzilərini qeyd edirik:

Qadın içtimai bir varlıqdırsa, onun çölə çıxması şəriət cəhətdən gadağan deyilsə və ticarət edib işləyə bilərsə, bu halda əllərinin və üzünün örtülməsi ağır məşəqqətə səbəb olar, bu da əqlən və şərən gadağan olunmuşdur.

Həcc əməllərində (ehram halında) qadın üçün üzün örtülməsi haramdır. Əgər sair yerlərdə örtülməsi vacib olsaydı, həcc əməllərində haram və Allahın istəyinin pozulmasına səbəb olardı.

Qadının bədəninin örtülməsi barəsində imamlarımızdan çoxlu hədislər nəql olunub ki, onlar əlləri və üzü istisna etmişdir. Buna əsasən, üzün və əllərin örtülməsi vacib deyil, amma imkan daxilində bütün bədən, hətda üz və əllərin örtülməsi müstəhəbdir. Bizim fəqihlərimiz bütün bədənin örtülməsini vacib bilən rəvayətlərin müstəhəb olmasını qeyd etmişlər. Yaxud qeyd etmişlər ki, yalnız fəsada salan yerlərdə vacibdir.

Mərhum Kuleyni İmam Sadiqin (ə) səhabələrinin birindən nəql edir ki, o həzrətdən soruşdular: "Naməhrəm şəxs qadının harasına baxa bilər?"

Həzrət buyurdu: "Üzünə, əllərinə və ayaqlarına."

Rəsuli-Əkrəm (s) ümməti üçün gələn cəza və əzabları bəyan edərkən qızı Zəhraya (ə.s) buyurdu: "Saçlarından asılanlar o qadınlardır ki, saçlarını naməhrəm kişilərdən gizlətməmişlər."

Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) buyurur: "Axirəzzamanda (qiyamət yaxınlaşan zaman ki, hicabsız, çılpaq və təhrikedici bədənlərdir. Onlar ilahi hökmlərə, İslamın göstərişlərinə etina eləmirlər; əksinə, fitnələrə daxil olmuş, şəhvətpərəst, xoşgüzəran qadınlardır. Onlar əbədi olaraq cəhənnəmdə olacaqlar."

Bu hədislərdən göründüyü kimi, əgər hicab vacib olmasaydı, axirət əzabı və işgəncəsinin mənası olmazdı. Bu cür cəza bədənin naməhrəmdən örtülməsi barədəki qanunun əksinə əməl etdikləri üçündür.

Həmçinin başqa bir hədisdə buyurulur ki, Əli (ə) hicabsızlığı dindən xaric olmaq və haramı inkar etməklə yanaşı gətirmişdir. Bu da hicabsızlığın nə qədər şiddətli, qəbahətli olmasını göstərir.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829