Hz. İbrahimi (ə) “Xəlil” məqamına çatdıran əməl – Ayətullah Kəşmiridən nəsihət
![]() “(Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik.” (Bəqərə -285) Allah Təala, Öz peyğəmbərlərindən bəzisini atasız yaratmaqla, bəzisi ilə danışmaqla, bəzisini “xəlil” (dost) adlandırmaqla onlara müxtəlif fəzilət və üstünlük bəxş etmişdir. Məsələn Həzrət İbrahim (ə) barədə Quran buyurur: “Həqiqətən, Allah, İbrahimi (Özünə) Xəlil (dost) tutmuşdur!” (Nisa-125) Mərhum Ayətullah Kəşmiri barədə xatirələlirin birində deyilir ki, mərhum ustad hər namazdan sonra dərhal səcdəyə gedər, alnını möhürə qoyub 3 dəfə “Əlhəmdlillah” zikr edər, sonra sağ üzünə yerə qoyub 3 dəfə “Şükran Lillah” deyər, sonra sol üzünü yerə qoyar və 3 dəfə “Əstəğ-firullah” deyərdi. Bunun səbəbini soruşduqda ustad buyurdu: “Həzrət İbrahim (ə) bu səcdələrin köməyi ilə Xəlil-Əllah oldu.” (Kitabe ruh və reyhan. Səh-107) Təbii ki, insan rəbbinə yaxın olmaq üçün böyük mənəvi paklıq mərhələsi keçməlidir və bu yolda da hər bir əməlin öz xüsusi təsiri vardır. (İslaminSesi) Oxşar xəbərlər
|