Allah hansı əməlinə görə İbrahimə (ə) Xəlil adı verdi?
Mьəllif: admin1
Tarix: 12-02-2023, 22:16
Allah hansı əməlinə görə İbrahimə (ə) Xəlil adı verdi?
Niyə İbrahim Peyğəmbərə Xəlilullah ləqəbi verilib?, sualına cavab olaraq, İləluş-Şəraye əsərində (4-cü hədis, səh-35) gələn hədisi təqdim edirik:

Allahın elçisi Məhəmməd Peyğəmbər buyurub:

“Allah İbrahimi özünə xəlil seçdi, məhz buna görə ki o, yoxsullara təam verər və insanlar gecə yatarkən o namaz qılardı”

Bu o demək deyil ki, sair Peyğəmbərlər gecə ibadəti etmirdilər.

Qurani-Kərimdə Muzzəmmil və Muddəsir surələrində həzrət Məhəmməd Peyğəmbərə əmr edilir ki gecənin yarısını və ya heç olmasa üçdə birini oyaq qalaraq gecə ibadətinə sərf etsin.

Buna görədir ki Məhəmməd Peyğəmbərə gecə namazı vacib idi.

İbrahim Peyğəmbərə gəldikdə isə görünür sözügedən iki əməl yəni gecə ibadəti və yoxsulu yedizdirmək onun bariz işi olub.

Hədislərdə deyilir ki İbrahim Peyğəmbərin süfrəsində həmişə yoxsul ya da müsafir olardı.

Onun insanlar yatan zaman gecə ibadətinə daha çox vaxt ayırması isə Xəlilullah ləqəbini əldə etməsinə səbəb olub.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930